“Qəbələ” – “Şəfa” – 2:1
Bizon Azərbaycan Kuboku, 1/8 final mərhələsi
4 dekabr 2025. Saat 15:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqə: Hüseyn Mürsəlov, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: İbrahim Sanqare, 2; 53 // Emin Zamanov, 6
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Qəbələ” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” Bizon Azərbaycan kubokunda 1/8 final matçına çıxıb. Komandamız evdə “Şəfa”nı qəbul edib.
Görüş erkən qolla başlayıb. İbrahim Sanqare 2-ci dəqiqədə hesabı açıb. Qonaqlar hesabı bərabərləşdirməyə nail olub.
Matçın taleyini ikinci hissə həll edib. Sanqare görüşdə ikinci qoluna imza atmaqla “Qəbələ”yə qələbə qazandırıb – 2:1.
“Qırmızı-qaralar” 1/4 finalda “Sabah”la qarşılaşacaq. Bu mərhələnin matçları 2026-cı il fevralın 3-4-də və martın 3-4-də keçiriləcək. Komandamız ilk oyuna səfərdə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” növbəti oyununu XIV turda keçirəcək. Dekabrın 8-də Qəbələ şəhər stadionunda “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 17:00-da başlayacaq.
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
13. Nicat Əliyev
(21. Ziya Şəkərxanov, 78)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
(22. Fərid İsgəndərov, 62)
12. İbrahim Sanqare
(50. Adriel Ba Loua, 62)
3. Eduardo Kunde
(74. Süleyman Damadayev, 46)
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
(97. Elşad Tağıyev, 87)
30. Prins Ovusu
Ehtiyat oyunçular:
94. Həbib Hüşənov
11. Asif Məmmədov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
Baş məşqçi: Kaxaber Tsxadadze
“Şəfa”
13. Əli Həsənli
33. Tərlan Quliyev (k)
(22. Hüseyn Mürsəlov, 86)
8. Urfan İsmayılov
(18. Elvin İsmayılov, 61)
42. Elnur Cəfərov
(70. Ruslan Hacıyev, 78)
14. Vüqar Həsənov
10. Emin Zamanov
6. Xəyal Tomarov
27. Pərviz Azadov
(29. Ramin Nəsirli, 78)
17. İsmayıl Zülfüqarlı
83. Nihad Quliyev
23. Nahid Əliyev
(99. Amir Ebrahimzade, 78)
Ehtiyat oyunçular:
95. Rəvan Kazımov
21. Novruz Məmmədov
88. Aqşin Paşayev
9. Amil Yunanov
80. Zahid Mərdanov
2. Seymur Rəhimov
19. İsmayıl Rzayev
Baş məşqçi: Elgiz Kərəmli