“Qəbələ” 1/8 finalda
Xəbərlər / 27 Oktyabr 2026 | 18:5345
“Qəbələ” 1/8 finalda

“Qəbələ” – “Mingəçevir” – 3:0

Ziya Şəkərxanov, 38, Endri Çekiçi, 42, Bruno Silva, 43

 

Azərbaycan kubokunda II təsnifat mərhələsinə start verilib.

 

“Qəbələ” mərhələnin ilk oyun günündə meydana çıxıb. Komandamız “Mingəçevir”i qəbul edib.

 

Qəbələ şəhər stadionunda baş tutan matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Oyunun taleyini ilk yarıda üç qolla həll edən komandamızın qollarına Ziya Şəkərxanov, Endri Çekiçi və Bruno Silva imza atıblar.

 

Qeyd edək ki, “Qəbələ” 1/8 finalda MOİK – “Şahdağ Qusar” cütünün qalibi ilə qarşılaşacaq.