«Qəbələ» 1-ci, Çələbiyev və Məmmədli çempion oldu
Boks / 31 Yanvar 2018 | 22:081240
«Qəbələ» 1-ci, Çələbiyev və Məmmədli çempion oldu

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. 39 komandadan 203 boksçunun mübarizə apardığı yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla iştirak edib. Boksçularımız 6 gün davam edən turnirdə 8 medal qazanıblar. Boks Mərkəzində təşkil olunan çempionatda idmançılarımız 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata yiyələniblər.

Cavid Çələbiyev 60 kq, Rahil Məmmədli 91 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Yalnız finalda uduzan Fərid Ağamoğlanov (64 kq), İsmayıl Hüseynov (75 kq) və Rauf Rəhimov (81 kq) gümüş medal qazanıb. Yarımfinala qədər irəliləyən Roman Zakirov (69 kq), Loren Dominkan Alfonso (81 kq) və Asəf Aslanlı (+91 kq) çempionatın bürünc mükafatçısı olub. 

Boksçularımızın uğurlu çıxışı komanda hesabında da öz əksini tapıb. Belə ki, turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub.