“Qəbələ” 1-ci Liqanın çempionu oldu
Xəbərlər / 25 Aprel 2025 | 20:021568
“Qəbələ” 1-ci Liqanın çempionu oldu

“Qəbələ” – MOİK – 1:0

25 aprel 2025. Saat 18:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov

Dördüncü hakim: Şamil İmanzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Sarı vərəqələr: Süleyman Damadayev, 86 (qeyri-idman hərəkəti); Ruslan Voronsov,

90+5 (qeyri-idman hərəkəti); Həbib Hüşənov, 90+7 (qeyri-idman hərəkəti) // Nurlan Bayramov, 87 (qeyri-idman hərəkəti); Sabir Allahquliyev, 90+5 (hakimin qərarına etiraz); Nihad Tamazov, 90+5 (qeyri-idman hərəkəti); Nihad Qurbanlı, 90+5 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 89 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Ramin Nəsibov (MOİK), oyundan sonra (hakimin qərarına etiraz)

Qol: Elşad Tağıyev, 90+7 (p.)

Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 7 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” I Liqanın XXIII turunda MOİK-lə görüşüb. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

 

Matç yarışın lideri olan Kaxaber Tsxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. Amma topa daha çox nəzarət edən komandamız qonaqların müqavimətini yalnız son saniyələrdə qırıb. Elşad Tağıyev uzatma dəqiqələrində penaltidən dəqiqə yararlanıb – 1:0.

 

Bu qələbə “Qəbələ”yə 1-ci Liqanın çempionu olması üçün kifayət edib. 23 turdan sonra hesabındakı xalları 58-ə çatdıran “qırmızı-qaralar” sona 4 tur qalmış 1-ci yeri təmin edib. Komandamız ən yaxın izləyicisini 14 xal qabaqlayır.

 

Qeyd edək ki, “Qəbələ” XXIV turda “Karvan”la qarşılaşacaq. Səfər oyunu mayın 2-də baş tutacaq. Yevlax şəhər stadionundakı matç saat 17:00-da start götürəcək.

 

“Qəbələ”

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

97. Elşad Tağıyev

13. Nicat Əliyev

20. Oçe Oçoveçi

(19. Abdullahi Şuaybu, 46)

74. Süleyman Damadayev

5. Samir Həsənov

14. Domi Massumo

(25. İbrahim Ramazanov, 90+7)

66. Nuğay Rəşidov

(9. Ruslan Voronsov, 67)

10. Şahin Şahniyarov

(11. Asif Məmmədov, 67)

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

22. Fərid İsgəndərov

6. Emil Süleymanov

26. Elnur Mustafayev

Baş məşqçi: Kaxaber Tsxadadze

 

MOİK

1. Zeynal Əhmədzadə

22. Ülvi İbazadə

97. Fərid Abbaslı

8. Ramil Orucov

(17. Sabir Allahquliyev, 71)

15. Nihad Tamazov

19. Əzəmət Ələkbərli

10. İbrahim Əliyev

5. Nihad Qurbanlı (k)

23. Vüsal Əsgərov

(18. Mirəli Əhmədov, 82)

20. Nurlan Bayramov

16. Tural Axverdiyev

(9. Cavidan Abbaszadə, 57)

Ehtiyat oyunçular:

32. Murad Ağamalıyev

66. İlqar Nuruşov

44. Əli Nəcəfli

Baş məşqçi: Elnur Əliyev