“Qəbələ-2” – “Şəfa-2” – 5:0
Cuma Hüseynov, 6, 41, Elnur Mustafayev, 34, Fərid İsgəndərov, 36
Daniel Eşimoxay, 89
“Qəbələ-2” növbəti oyununu keçirib.
Komandamız Əvəzedicilər liqasının II turunda “Şəfa-2” ilə görüşüb. “Qırmızı-qaralar” mövsümün ilk ev oyununu Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirib.
Görüş erkən qolla başlayıb. Cuma Hüseynov qonaqların qapısına yol tapıb. Fasiləyədək komandamız daha üç qola sevinib. Elnur Mustafayev və Fərid İsgəndərovun qollarından sonra Cuma dublunu rəsmiləşdirib.
İkinci hissədə “Qəbələ” 5-ci dəfə qonaqların qapısına yol tapıb. Matçdakı son qolu Daniel Eşimoxay vurub. 5 cavabsız qolla qalib gələn komandamız 2 oyundan sonra 6 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” sentyabrın 4-6-da keçiriləcək III turda “Şamaxı-2”nin qonağı olacaq.