«Qəbələ-2»dən 5-ci qələbə
Xəbərlər / 26 Sentyabr 2023 | 17:571641
«Qəbələ-2»dən 5-ci qələbə

“Qəbələ-2” – “Qarabağ-2” – 3:2

26 sentyabr 2023. Saat 16:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Şamil İmanzadə

Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov

Dördüncü hakim: Emin Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Ravil Qafarov, 60 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 62 (qeyri-idman hərəkəti); Hüseyn Mürsəlov, 66 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Hüseyn Hüseynli, fasilədə (hakimi təhqir etdiyinə görə)

Qollar: Sənan Ağalarov, 24; Fərid İsgəndərov, 33; Eşqin Əhmədov, 41 // Nihad Mollayev, 66; Rauf Məhərrəmov, 90+3

Qolla nəticələnməyən penalti: Rauf Məhərrəmov, 90+3

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

 

Əvəzedicilər liqasında VII tura yekun vurulub. Son oyun gününün yeganə matçı Qəbələ şəhər stadionunda baş tutub. Turnir cədvəlinin ilk yarısında yer alan komandaların duelində “Qəbələ-2” və “Qarabağ-2” üz-üzə gəlib.

“Qırmızı-qaralar” görüşün taleyini ilk 45 dəqiqədə həll edib. Hissənin ortalarında Sənan Ağalarov fərqlənib. Çempionatın bombardiri qol sayını 7-yə çatdırıb.

Fasiləyə qədər Famil Xəlilovun komandası daha iki dəfə qol sevinci yaşayıb. Öncə kapitan Fərid İsgəndərov, ardınca Eşqin Əhmədov qonaqların qapısına yol tapıb.

İkinci hissədə iki top buraxan komandamız qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib. Mövsümdə 5-ci qələbəsini qazanan “qırmızı-qaralar”” xal hesabını 16-ya çatdırıb. “Qəbələ-2” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

“Qəbələ-2”

 

94. Həbib Hüşənov

33. Hüseyn Mürsəlov

24. Xəyal Xudaverdiyev

71. Sənan Ağalarov

(90. Kənan Baxışov, 56)

22. Fərid İsgəndərov (k)

53. Elnur İbragimov

(66. Nuğay Rəşidov, 46)

41. Fuad Əhmədov

(21. Bilal İsmayılov, 46)

25. İbrahim Ramazanov

30. Şahin Şahniyarov

77. Okan Təhməzli

(44. Ravil Qafarov, 46)

27. Eşqin Əhmədov

(23. Xəyyam Məmmədli, 56)

 

Ehtiyat oyunçular:

 

16. Məmməd Muradov

15. Rüfət Bədəlzadə

 

Baş məşqçi: Famil Xəlilov

 

“Qarabağ-2”

 

71. Qurban Məhərrəmov (k)

62. Nurlan Şabanov

(79. Mirmövsüm Caniyev, 82)

94. Hüseyn Hüseynli

92. İbrahim Camalov

(26. Rauf Məhərrəmov, 24)

47. Musa Musazadə

25. Nihad Həsənzadə

45. Nihad Mollayev

73. Xəyal Ələkbərov

(91. Elton Mikayılov, 70)

16. Namiq Şamilov

33. Uğur Səfərov

(93. Əşrəf Zeynallı, 70)

54. Musa Məmmədov

 

Ehtiyat oyunçular:

 

86. Vaqif Məlik-Yeqanov

95. Fərid Tağıyev

80. İlham Hüseynov

76. Nihad Əliyev

75. Emil Binyətzadə

74. Səbuhi Niftiyev

39. Eltun Babazadə

32. Hikmət Cəbrayılzadə

 

Baş məşqçi:  Cavad Mirzəbəyli