«Qəbələ-2»dən 7 cavabsız qol
Xəbərlər / 20 Avqust 2023 | 19:011774
«Qəbələ-2»dən 7 cavabsız qol

“Qəbələ-2” – “Sumqayıt-2” – 7:0

20 avqust 2023. Saat 17:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Şamil İmanzadə

Baş hakimin köməkçiləri: Asif Abdullayev, Sevda Nuriyeva

Dördüncü hakim: Əkbər Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqələr: Sənan Ağalarov, 47 (qeyri-idman hərəkəti); Okan Təhməzli, 84 (qeyri-idman hərəkəti) // Uğur Cahangirov, 28 (qeyri-idman hərəkəti); Nemət Şıxəmirov, 79 (hakimin qərarına etiraz); Anar Əhmədzadə, 82 (qeyri-idman hərəkəti)

Qollar: Elnur İbragimov, 3; Eşqin Əhmədov, 25; Sənan Ağalarov, 32; Xəyal Xudaverdiyev, 50; Hüseyn Mürsəlov, 60, 79; İbrahim Ramazanov, 90+2

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.

 

Əvəzedicilər liqasında çıxış edən “Qəbələ-2” mövsümdə ilk ev oyununu keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda III turda “Sumqayıt”ı qəbul edib.

İlk iki görüşü səfərdə keçirən komandamız “Sabah” (3:1) və “Araz-Naxçıvan”la (6:2) görüşlərdəki qələbə seriyasını inamla davam etdirməyi bacarıb. Sumqayıtın eyniadlı təmsilçisi ilə qarşılaşmaya da fəal başlayan “qırmızı-qaralar” artıq ilk 45 dəqiqədə matçın taleyini həll edə bilib. Elnur İbragimov, Eşqin Əhmədov və Sənan Ağalarov fasiləyədək rəqib qapısına yol tapıb.

İkinci hissə də eyni ssenari ilə keçib. “Qəbələ-2” daha 4 qol vurmağı bacarıb. Xəyal Xudaverdiyev və İbrahim Ramazanov hərəyə bir, Hüseyn Mürsəlov iki dəfə fərqlənib.

Beləliklə, 7:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl üçüncü qələbəsini qazanıb. Çempionatın lideri üç turda 16 qola imza atıb.

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

12. Nicat Əliyev (k)

33. Hüseyn Mürsəlov

24. Xəyal Xudaverdiyev

71. Sənan Ağalarov

(77. Okan Təhməzli, 54)

53. Elnur İbragimov

21. Bilal İsmayılov

(23. Xəyyam Məmmədli, 46)

41. Fuad Əhmədov

(90. Kənan Baxışov, 54)

25. İbrahim Ramazanov

44. Ravil Qafarov

(66. Nuğay Rəşidov, 46)

27. Eşqin Əhmədov

(19. Rüfət Bədəlzadə, 59)

 

Ehtiyat oyunçular:

 

31. Eldar Tərlanov

22. Fərid İsgəndərov

30. Şahin Şahniyarov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Sumqayıt-2”

 

36. Xəyal Feyzullayev

38. Said Əliyev

(35. Sənan Muradlı, 38)

41. Uğur Cahangirov

70. Cavid Quliyev

(44. Kənan Cavadlı, 59)

22. Qabil Əlizadə

(91. Hüseyn Hüseynli, 46)

2. Nemət Şıxəmirov

16. Tural Axverdiyev

25. Rüstəm Hümbətov (k)

(90. Toğrul Tapdıqlı, 59)

66. Ruslan Əliyev

27. Əjdər Hacılı

67. Murad Rüstəmov

(33. Anar Əhmədzadə, 59)

 

Ehtiyat oyunçular:

 

74. Kamil Nəzərli

39. Sənan Hüseynov

 

Baş məşqçi:  Vaqif Cavadov