“Qəbələ-2” – “İmişli-2” – 8:0
13 sentyabr 2026. Saat 16:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 25 tamaşaçı
Baş hakim: Nahid Xasıyev
Baş hakimin köməkçiləri: Sənan Atayev, Hüseyn Vəliyev
Dördüncü hakim: Samir Musayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Nuğay Rəşidov, 85 (qeyri-idman hərəkəti) // Murad Ələkbərov, 90 (qeyri-idman
hərəkəti)
Qollar: Samir Ağayev, 10; Allahverdi Şirinov, 33; Cuma Hüseynov, 40, 52, 89; Rəvan Əsədov, 54, 62; Daniel Eşimoxay, 79
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.
“Qəbələ-2” növbəti oyununu keçirib.
Komandamız Əvəzedicilər liqasının V turunda “İmişli-2”ni qəbul edib. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” böyük hesabla qalib gəlib. Oyunun ilk yarısında Samir Ağayev hesabı açıb, ardınca Allahverdi Şirinov və Cuma Hüseynov rəqib qapısına yol tapıb.
Fasilədən sonra Cuma dublunu rəsmiləşdirib. Rəvan Əsədov isə 9 dəqiqəyə 2 qola imza atıb. Daniel Eşimoxay isə fərqi 7 topa çatdırıb. Artıılan dəqiqələrdə isə Hüseynov 3-cü dəfə fərqlənərək het-trik müəllifi olub – 8:0.
Beləliklə, mövsümün startında ardıcıl 4-cü qələbəsini qazanan “Qəbələ-2” xallarının sayını 12-yə çatdırıb. Komandamız turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, oktyabrın 9-11-də keçiriləcək V turda “Qəbələ-2” səfərdə “Kəpəz-2” ilə qarşılaşacaq.
“Qəbələ-2”
94. Həbib Hüşənov
(25. Nicat Kərimov, 66)
2. Aqşin Yaqubov (k)
(37. Ömər Kərimov, 52)
81. Samir Ağayev
19. Xəyyam Məmmədli
(20. Daniel Eşimoxay, 46)
88. Rəvan Əsədov
30. Cuma Hüseynov
49. Ramin Əvəzov
(17. Qədir Ramazanov, 46)
78. Ariz Kərimov
91. Müseyib Bəşirov
99. Rəvan Feyziyev
(66. Nuğay Rəşidov, 46)
87. Allahverdi Şirinov
Ehtiyat oyunçular:
Baş məşqçi: Famil Xəlilov
“İmişli-2”
88. Ayxan Abbaszadə
(99. İmam Əli, 71)
55. Murad Ələkbərov
30. Xəlil Mürsəlli
42. Sebai Senin
(82. Murad Aşurov, 58)
65. Elnur Məmmədov (k)
(81. Cavid Quliyev, 46)
32. Hüseyn Əhmədov
73. Ömər Yusubov
41. Ziya Rəhimzadə
93. Məhəmməd Allahverdiyev
71. Abbas Zeynalov
63. Əli İslamov
Ehtiyat oyunçular:
Baş məşqçi: Ruhid Usubov