«Qəbələ-2»dən böyükhesablı qələbə
Xəbərlər / 11 Dekabr 2022 | 17:381653
«Qəbələ-2»dən böyükhesablı qələbə

“Qəbələ-2” – “Zaqatala” – 4:1

11 dekabr 2022. Saat 14:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı

Baş hakim: İslam Məmmədov

Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Asiman Azizli

Dördüncü hakim: Şamil İmanzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqələr: Rauf Məhərrəmov, 84 (qeyri-idman hərəkəti) // Elşad Əliyev, 60 (sistematik qayda pozuntusu)

Qollar: Sənan Ağalarov, 44; Fərid İsgəndərov, 51; Rauf Məhərrəmov, 56; Bilal İsmayılov, 80 // Kənan Müslümov, 9

Qolla nəticələnməyən penalti: Rauf Məhərrəmov, 29

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

 

Azərbaycan çempionatının I divizionunda XIV tura yekun vurulub. “Qəbələ-2” turun son günündə meydana çıxıb. Famil Xəlilovun yetirmələri Qəbələ şəhər stadionunda “Zaqatala” ilə görüşüb.

Qarşılaşmada hesabı qonaqlar açıb. Buraxılan erkən qoldan sonra ardıcıl hücumlar quran “Qəbələ” yalnız fasilə ərəfəsində rəqib qapısına yol tapıb. Sənan Ağalarov hesabda tarazlıq yaradıb. Düzdür, bunadək Rauf Məhərrəmov fərqlənməyə yaxın olub. Amma onun penalti zərbəsi qolla nəticələnməyib.

“Qəbələ-2” ikinci hissədə istəyinə çatıb. Fərid İsgəndərov, Rauf Məhərrəmov və Bilal İsmayılov hərəyə bir qol vurub. Beləliklə, “qırmızı-qaralar” 4:1 hesablı qələbə qazanıb. 13 oyunda 20 xal toplayan komandamız 14 turdan sonra turnir cədvəlində 4-cü sırada qərarlaşıb.

 

 “Qəbələ-2”

 

22. Həsən Həsənli

44. Salman Ələsgərov

74. Süleyman Damadayev

88. Gülağa Əsədov

(30. Tolqar Yaqubov, 69)

20. Rauf Rüstəmli

(78. Şahin Şahniyarov, 21)

3. Əzəmət Ələkbərli (k)

70. Fərid İsgəndərov

16. Nicat Əliyev

21. Rauf Məhərrəmov

80. Aqil Nəsibov

(81. Samir Ağayev, 75)

71. Sənan Ağalarov

(89. Bilal İsmayılov, 75)

 

Ehtiyat oyunçular:

 

62. Məmməd Muradov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Zaqatala”

 

12. Cavidan İzzətli

33. Kənan Müslümov (k)

10. Rəhman Şabanov

(77. Şahin Abdullayev, 90)

7. Emin Quliyev

(9. Maqsud Ələkbərov, 57)

15. İbrahim Qədirzadə

(66. Özcan Xəlilov, 90)

19. Elşad Əliyev

(25. Nikoloz Saknelaşvili, 65)

24. Elnur İbragimov

99. Cəlal Cəbrayılov

11. Valeh Qəhrəmanlı

(3. Muxtar Məmmədov, 90)

70. Əli Abdullayev

20. Kamal Kazımov

 

Ehtiyat oyunçular:

 

1. Davud Şabanov

 

Baş məşqçi: Rüstəm Məmmədov