«Qəbələ-2»dən böyükhesablı qələbə
Xəbərlər / 2 Mart 2023 | 17:071595
«Qəbələ-2»dən böyükhesablı qələbə

“Qəbələ-2” – “Sumqayıt-2” – 4:1

2 mart 2023. Saat 15:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Əkbər Əhmədov

Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Zakir Şükürzadə

Dördüncü hakim: Murad Səlimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Rauf Rüstəmli, 17 (qeyri-idman hərəkəti); Əzəmət Ələkbərli, 71 (hakimin qərarına etiraz); İbrahim Ramazanov, 90 (hakimin qərarına etiraz) // Rüstəm Hümbətov, 50 (qeyri-idman hərəkəti); Said Əliyev, 77 (qeyri-idman hərəkəti)

Qollar: Aqil Nəsibov, 7; Rauf Məhərrəmov, 30; Salman Ələsgərov, 52 (p.); Gülağa Əsədov, 66 // Cavidan Abbaszadə, 83

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

 

Azərbaycan çempionatının I divizionunda XIX tura yekun vurulub. “Qəbələ-2” öz meydanında “Sumqayıt-2” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Famil Xəlilovun yetirmələri fasiləyədək iki qol vurub. Öncə Aqil Nəsibov, ardınca Rauf Məhərrəmov qonaqların qapısına yol tapıb.

İkinci hissədə də ssenari dəyişməyib. Fasilədən sonra Salman Ələsgərovla Gülağa Əsədov qol sevinci yaşayıb. Sumqayıtlılar bu toplardan yalnız birinin əvəzini çıxıb. Beləliklə, “Qəbələ-2” ev oyununda böyükhesablı qələbə qazanıb – 4:1. 18 oyundan sonra xal hesabını 31-ə çatdıran “Qəbələ-2” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

“Qəbələ-2”

 

22. Həsən Həsənli

44. Salman Ələsgərov (k)

74. Süleyman Damadayev

(71. Sənan Ağalarov, 62)

88. Gülağa Əsədov

(29. Fuad Əhmədov, 65)

18. Mehrac Baxşalı

(89. Bilal İsmayılov, 75)

20. Rauf Rüstəmli

70. Fərid İsgəndrov

16. Nicat Əliyev

21. Rauf Məhərrəmov

(87. Eşqin Əhmədov, 65)

80. Aqil Nəsibov

(3. Əzəmət Ələkbərli, 46)

25. İbrahim Ramazanov

 

Ehtiyat oyunçular:

 

62. Məmməd Muradov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Sumqayıt-2”

 

56. Ayxan Qocayev

19. Xəzər Mahmudov (k)

(90. Nihad Məmmədov, 80)

16. Maqsud Ələkbərov

91. Xəlil Bəşirov

(74. Toğrul Tapdıqlı, 84)

41. Uğur Cahangirov

(77. Cavidan Abbaszadə, 61)

38. Said Əliyev

85. Rüstəm Hümbətov

27. Nihad Ağayev

(33. İsmayıl Məmmədov, 61)

88. Həsrət Mürsəlov

31. Şəhriyar Fərəcov

(44. Nadir Orucov, 80)

64. Kənan Feyziev

 

Ehtiyat oyunçular:

 

32. Murad Ağamalıyev

 

Baş məşqçi:  Vüqar Quliyev