“Qəbələ-2”dən böyükhesablı qələbə
Xəbərlər / 27 Oktyabr 2025 | 16:4515616
“Qəbələ-2”dən böyükhesablı qələbə

“Qəbələ-2” – “Qarabağ-2” – 3:0

27 oktyabr 2025. Saat 14:30. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı

Baş hakim: Rəsul Babayev

Baş hakimin köməkçiləri: Əhməd Əhmədsoy, Hüseyn Vəliyev

Dördüncü hakim: Rasim Musayev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Rəvan Əsədov, 72 (hakimin qərarına etiraz); Ceyhun Bağırzadə, 74 (hakimin

qərarına etiraz); Ariz Kərimov, 79 (qeyri-idman hərəkəti) // Bəhruz Qurbanlı, 40 (hakimin qərarına

etiraz); Mehdi Mütəllimli, 78 (qeyri-idman hərəkəti); Elton Mikayılov, 86 (qeyri-idman hərəkəti)

Qollar: Ceyhun Bağırzadə, 28; Nasiru Salihu, 45; Cuma Hüseynov, 90+1

Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

 

“Qəbələ-2” Əvəzedicilər liqasında növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” VIII turda “Qarabağ-2” ilə görüşüb. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşmada komandamız 3:0 hesablı qələbə qazanıb. Ceyhun Bağırzadə 28-ci dəqiqədə hesabı açıb. Fasilə ərəfəsində Nasiru Salihu fərqi iki topa çatdırıb.  

 

Qarşılaşmanın uzatma dəqiqələrində Cuma Hüseynov yekun nəticəni müəyyənləşdirib. Beləliklə, “Qəbələ-2” böyükhesablı qələbə qazanıb – 3:0. Bu qələbədən sonra “qırmızı-qaralar” xallarının sayını 16-ya çatdırıb. Bununla da komandamız turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Qəbələ-2” I dövrədə son oyununu noyabrın 2-də keçirəcək. IX turun “Neftçi-2” ilə “Palms Sports FM”də baş tutacaq görüşü saat 14:00-da başlayacaq.

 

“Qəbələ-2”

94. Həbib Hüşənov

22. Fərid İsgəndərov (k)

(78. Ariz Kərimov, 46)

7. Rüfət Əhmədov

(99. Rəvan Feyziyev, 83)

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

(37. Ömər Kərimov, 83)

21. Ziya Şəkərxanov

(19. Müseyib Bəşirov, 74)

55. Aqşin Yaqubov

91. Ceyhun Bağırzadə

88. Rəvan Əsədov

(20. Cuma Hüseynov, 74)

8. Nasiru Salihu

18. Antoni Hunpe

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

33. Nurlan Ağabəyov

Baş məşqçi: Famil Xəlilov

“Qarabağ-2”

67. Teymur Həsənov

42. Mahmud Ağayev (k)

80. Bəhruz Qurbanlı

75. Emil Binyətzadə

74. Səbuhi Niftiyev

71. Məsud Əlişanlı

79. Şahismayıl Cəfərov

(91. Elton Mikayılov, 70)

39. Eltun Babazadə

(92. Kənan Baxışov, 63)

70. Murad Məmmədov

(48. Əliəkbər Rzazadə, 46)

47. Mehdi Mütəllimli

26. Amin Rzayev

(28. Allahverdi Rəhimov, 63)

Ehtiyat oyunçular:

41. Emin İsgəndərli

12. Nicat Məmmədzadə

65. Sənan Ağayev

23. Tofiq Bayramov

66. Hacı İbrahim

25. Cavid Məlikov

Baş məşqçi: Maksim Medvedev