“Qəbələ-2”dən böyükhesablı qələbə
Xəbərlər / 15 Dekabr 2025 | 15:4918745
“Qəbələ-2”dən böyükhesablı qələbə

“Turan Tovuz-2” – “Qəbələ-2” – 0:5

15 dekabr 2025. Saat 14:00. Gəncə şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Emin Əliyev

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə

Dördüncü hakim: Əkbər Əhmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Törə Əhmədova

Sarı vərəqə: yoxdur

Qollar: Rüfət Əhmədov, 38, 44; Antoni Hunpe, 78; Müseyib Bəşirov, 87; Cuma Hüseynov, 89

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

 

“Qəbələ-2” 2025-ci ildə son oyununu keçirib.

 

“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XIV turunun matçına çıxıb. Komandamız turun ikinci günündə “Turan Tovuz-2” ilə görüşüb.

 

Qarşılaşma Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutub. “Qəbələ-2” səfər görüşündə böyükhesablı qələbə qazanıb. İlk yarıda Rüfət Əhmədov dubla imza atıb. O, fasilə ərəfəsində iki qol vurub.

 

“Qırmızı-qaralar” matçın sonlarında daha üç dəfə fərqlənməyi bacarıb. Antoni Hunpe, Müseyib Bəşirov və Cuma Hüseynov rəqib qapısına yol tapıb - 5:0.

 

Beləliklə, “Qəbələ-2” ilin son matçında böyükhesalı səfər qələbəsi qazanıb. 14 oyunda 25 xal toplayan komandamız turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qəbələ-2” 2026-cl il fevralın 7-9-da keçiriləcək XV turda “Araz-Naxçıvan-2”ni qəbul edəcək.

 

“Turan Tovuz-2”

66. Ayxan Abbaszadə

97. Elçin Qasımov

80. Nihat Qurbanzadə (k)

94. Fərid Cəfərov

57. Taleh Həsənov

42. İsmayıl İsmayılov

58. Cəmil Məmmədov

(55. Məhəmmədəli Məmmədov, 46)

70. Arzu Mədətov

(96. Tural Həsənov, 79)

71. Cəsur İsmayılov

(95. Nicat Quliyev, 82)

47. Pərvin Rəşidov

50. Tunar Muradov

Ehtiyat oyunçular:

Baş məşqçi: Nizami Ocaqverdiyev

“Qəbələ-2”

94. Həbib Hüşənov

7. Rüfət Əhmədov (k)

(99. Rəvan Feyziyev, 79)

70. Paulo Quimbila

(19. Müseyib Bəşirov, 79)

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

(79. Ömər Yusubov, 62)

21. Ziya Şəkərxanov

55. Aqşin Yaqubov

41. İlkin Budaqov

(20. Cuma Hüseynov, 32)

88. Rəvan Əsədov

18. Antoni Hunpe

24. Səmid Əhmədov

(34. Rüfət Bədəlzadə, 79)

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

33. Nurlan Ağabəyov

Baş məşqçi: Famil Xəlilov