“Şamaxı-2” – “Qəbələ-2” – 1:5
17 may 2026. Saat 14:15. Şamaxı şəhər stadionu. 15 tamaşaçı
Baş hakim: Xəlil Xəlilov
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Elçin Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Raul Nağıyev, 23 (qeyri-idman hərəkəti); Həbib İsmayılov, 62 (qeyri-idman hərəkəti);
İlkin Adıgözəlov, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Abdullahi Şuaybu, 56 // Rəvan Əsədov, 39, 90; Turan Manafov, 45+1; Nasiru Salihu, 48, 52
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XXXII turunda “Şamaxı-2”nin qonağı olub. Qarşılaşma Şamaxı şəhər stadionunda baş tutub.
Bu, “Qəbələ-2”nin mövsümdə son səfər matçı olub. Qarşılaşma komandamızın üstünlüyü ilə keçib.
Fasilə öncəsi meydan sahiblərinin müdafiə xəttini yaran “Qəbələ-2” hissənin sonlarında iki qol vurub. Öncə Rəvan Əsədov, ardınca Turan Manafov fərqlənib.
Komandamız ikinci hissə qollarla başlayıb. Nasiru Salihu 4 dəqiqəyə iki qol vuraraq dublunu rəsmiləşdirib. Meydan sahibləri bu toplardan birinin əvəzini çıxa bilib. Görüşün sonuncu dəqiqəsində qol sevinci yaşayan Rəvan Əsədov dublunu rəsmiləşdirib.
Beləliklə, “Qəbələ-2” Şamaxı səfərində böyükhesablı qələbə qazanıb – 5:1. Bununla da xallarının sayını 55-ə çatdıran “qırmızı-qaralar” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və ilk “üçlük”də yerini təmin edib.
Qeyd edək ki, komandamız sonuncu – XXVII turda “Qarabağ-2”ni qəbul edəcək. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq.
“Şamaxı-2”
99. Səlim Həşimov
80. Həbib İsmayılov
19. Abdullahi Şuaybu
21. Bilal İsmayılov
48. Ramiz Muradov
(67. Səlim Alıyev, 88)
77. Nihat Mehralıyev
(87. Sadiq Məmmədli, 75)
14. Ravil Qafarov
92. Məmməd Əhmədov
(96. İlkin Adıgözəlov, 88)
98. Raul Nağıyev (k)
65. Ceyhun Ağazadə
(89. Mehman Xanlarov, 88)
75. Xətai Novruzov
(81. İslam İsmayılzadə, 39)
Ehtiyat oyunçular:
66. Salih Məmmədli
Baş məşqçi: Fərid Namazov
“Qəbələ-2”
94. Həbib Hüşənov
11. Asif Məmmədov (k)
7. Turan Manafov
66. Nuğay Rəşidov
(18. Antoni Hunpe, 63)
70. Paulo Quimbila
(88. Rəvan Əsədov, 33)
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
(37. Ömər Kərimov, 63)
21. Ziya Şəkərxanov
55. Aqşin Yaqubov
20. Cuma Hüseynov
(32. Səmid Əhmədov, 75)
80. Nasiru Salihu
(87. Allahverdi Şirinov, 75)
Ehtiyat oyunçular:
25. Nicat Kərimov
Baş məşqçi: Famil Xəlilov