“Qəbələ-2”dən böyükhesablı qələbə
Xəbərlər / 24 Avqust 2026 | 20:4630
“Qəbələ-2”dən böyükhesablı qələbə

“Turan Tovuz-2” – “Qəbələ-2” – 0:3

Rəvan Əsədov, 28, 44, Xəyyam Məmmədli, 32

 

“Qəbələ-2” 2026/27 mövsümünə start verib.

 

Əvəzedicilər liqasında mübarizə aparan komandamız I turda “Turan Tovuz-2” ilə qarşılaşıb. Turun son matçı Tovuz şəhər stadionunda baş tutub.

 

“Qırmızı-qaralar” qarşılaşmanın taleyini ilk yarıda həll edib. Fasiləyədək üç qol vuran komandamız səfərdən böyükhesablı qələbə ilə ayrılıb – 3:0. Rəvan Əsədov iki, Xəyyam Məmmədli bir dəfə meydan sahiblərinin qapısına yol tapıb.

 

Qeyd edək ki, “Qəbələ-2” II turda “Şəfa-2” ilə qarşılaşacaq. Avqustun 30-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq görüş saat 17:00-da başlayacaq.