“Qəbələ-2”dən böyükhesablı qələbə
Xəbərlər / 28 Noyabr 2026 | 17:2120
“Qəbələ-2”dən böyükhesablı qələbə

“Qəbələ-2” – “Qarabağ-2” – 3:0

Səbuhi Niftiyev, 34 (öz qapısına), Hüseyn Xasməmmədli, 40, Ömər Kərimov, 90

 

“Qəbələ-2” növbəti oyununu keçirib.

 

Komandamız Əvəzedicilər liqasının X turunda “Qarabağ-2”ni qəbul edib. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan liderlərin görüşü Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

 

Komandanın bir gün öncəki məşqində zədələnən futbolçumuz Ramin Əvəzova dəstək məqsədilə komanda yoldaşları görüşdən əvvəl onun forması ilə xatirə şəkli çəkdiriblər. “Qırmızı-qaralar” üç cavabsız qolla böyükhesablı qələbə qazanıb – 3:0. İlk yarının sonlarında öncə rəqib öz qapısına qol vurub, ardınca Hüseyn Xasməmmədli fərqi artırıb. Qarşılaşmanın son dəqiqəsində isə Ömər Kərimov 3-cü qolun müəllifi olub.

 

Bununla da mövsümdə 9-cu qələbəsini qazanan “Qəbələ” xallarının sayını 28-ə çatdırıb. Turnirin lideri olan komandamız mövqeyini möhkəmlədib.

 

Qeyd edək ki, “qırmızı-qaralar” I dövrədə son oyununu dekabrın 7-də keçirəcək. Komandamız Binə qəsəbə stadionunda “Zirə-2”nin qonağı olacaq.