“Neftçi-2” – “Qəbələ-2” – 0:3
23 fevral 2022. Saat 15:00. Türk Hava Yolları Futbol Mərkəzi, IV meydança. 50 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev
Dördüncü hakim: Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Əli Sadıxov, 30 (qeyri-idman hərəkəti) // Ramin Doobi, 81 (oyunun bərpasının ləngidilməsi)
Qırmız vərəqə: Nihad Qurbanlı, 23 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün)
Qollar: Ramin Doobi, 15; Mehrac Baxşalı, 24 (p.); 90+5
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
I divizionda XV tur başa çatıb. “Qəbələ-2” turun ikinci oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” səfərdə “Neftçi-2” ilə görüşüb. Komandamız hesabı erkən qolla açıb. Ramin Doobi 15-ci dəqiqədə fərqlənib. Bu qoldan 9 dəqiqə sonra komandamız fərqi iki topa çatdırıb. Mehrac Baxşalı penaltidən dəqiq istifadə edib. Görüşdə son nöqtəni də Mehrac qoyub. O, matçın uzatma dəqiqələrində dublunu rəsmiləşdirib. Beləliklə, komandamız paytaxt səfərindən böyükhesablı qələbə ilə ayrılıb. 14 oyunda 17 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
“Neftçi -2”
94. Əlirza Müştəbazadə
22. Mirabdulla Abbasov
(78. Elcan Əbilov, 90+1)
72. Emin Zamanov
79. Əli Sadıxov
(92. Valeh Qəhrəmanlı, 90+1)
44. Seymur Əliyev (k)
56. Elton Əlibəyli
86. Xəqani Sadıxov
(74. Ağadadaş Salyanskiy, 83)
80. Samir Qurbanov
(76. Elşan Sabbaqi, 46)
75. Nihad Qurbanlı
83. Ülvü Mədətov
(27. Fərid Yusifli, 25)
82. Rüfət Abbasov
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
54. Hüseyn Əhmədov
90. Nicat Musayev
45. İnqilab Ələkbərov
Baş məşqçi: Mahmud Qurbanov
“Qəbələ-2”
36.Elməddin Sultanov
80. Aqil Nəsibov
(15. Çiçin Akande, 51)
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
37. Əzəmət Ələkbərli (k)
88. Fərid İsgəndərov
(96. Fərid Süleymanlı, 87)
55. Ramin Doobi
(16. Munaçi Okvara, 81)
21. Rauf Məhərrəmov
(92. Pərvin Kərimli, 81)
66. Nika Baçaliaşvili
(52. Emil Bayramov, 51)
33. Hüseyn Mürsəlov
13. İbrahim Ramazanov
Ehtiyat oyunçular:
22. Həsən Həsənli
99. Emil Süleymanov
Baş məşqçi: Famil Xəlilov