«Qəbələ-2»dən böyükhesablı səfər qələbəsi
Xəbərlər / 8 Mart 2022 | 16:36147
«Qəbələ-2»dən böyükhesablı səfər qələbəsi

“Turan Tovuz” - “Qəbələ-2” – 0:3

08 mart 2022. Saat 14:30. Tovuz şəhər stadionu. 500 tamaşaçı

Baş hakim: Emin Əliyev

Baş hakimin köməkçiləri: Rəhman İmami, Şirmamed Mamedov

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Şıxmirzə Mikayılov, 33 (qeyri-idman hərəkəti); Rəşad Əliyev, 90+2 (qeyri-idman hərəkəti) // Əzəmət Ələkbərli, 9 (qeyri-idman hərəkəti); Ramin Doobi, 43 (oyunun bərpasının ləngidilməsi); Elməddin Sultanov, 65 (oyunun bərpasının ləngidilməsi)

Qollar: Aqil Nəsibov, 15; 45+3; Mehrac Baxşalı, 35 (p.)

Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 2 dəq.

 

Azərbaycan çempionatının I divizionunda XVII turun oyunları keçirilir. “Qəbələ-2” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Bunadək ardıcıl 4 qələbə qazanan “qırmızı-qaralar” bu dəfə də meydandan üç xalla ayrılıb. Famil Xəlilovun yetirmələri matçın ilk yarıda həll edib. Aqil Nəsibovun dublu və Mehrac Baxşalının penaltidən vurduğu top “Qəbələ-2”yə böyükhesablı qələbə qazandırıb – 3:0. Beləliklə, 16 oyundan sonra xal hesabını 23-ə çatdıran “Qəbələ-2” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

“Turan Tovuz”

 

77. Mehman Hacıyev

(1. Elxan Qasımov, 46)

4. Səbayıl Bağırov

10. Akif Tağıyev (k)

8. Abbas Ağazadə

5. Faiq Hacıyev

22. Famil Camalov

6. Şıxmirzə Mikayılov

(11. Rövşən Şahmuradov, 46)

3. İzzət Müştaqov

(17. Rəşad Əliyev, 68)

18. Elmin Bayramov

19. Məhərrəm Orucov

99. Sadiq Şəfiyev

 

Ehtiyat oyunçular:

 

25. Elsevər Bəkirzadə

23. Samir Musayev

15. Davud Mahmudov

2. Elvin İsmayılov

20. Ramin Süleymanov

7. Elçin Qasımov

71. Sənan Aslanov

 

Baş məşqçi: Rövşən Babayev

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

44. Salman Ələsgərov

80. Aqil Nəsibov

18. Mehrac Baxşalı

(96. Fərid Süleymanlı, 72)

20. Rauf Rüstəmli

37. Əzəmət Ələkbərli (k)

(90. Xəyal Səmədov, 65)

88. Fərid İsgəndərov

55. Ramin Doobi

(16. Munaçi Okvara, 72)

21. Rauf Məhərrəmov

66. Nika Baçaliaşvili

13. İbrahim Ramazanov

 

Ehtiyat oyunçular:

 

31. Kamil Nəzərli

52. Emil Bayramov

92. Pərvin Kərimli

15. Çiçin Akande

 

Baş məşqçi: Famil Xəlilov