“Kəpəz-2” – “Qəbələ-2” – 0:4
Rəvan Əsədov, 65, Rüfət Əhmədov, 76, Ziya Şəkərxanov, 84, 88
Əvəzedicilər liqasında XXI tura yekun vurulub.
“Qəbələ-2” turun son matçında meydana çıxıb. Komandamız səfərdə “Kəpəz-2” ilə görüşüb.
Qarşılaşma Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutub. İlk yarısı qolsuz başa çatan oyunun taleyi fasilədən sonra həll olunub.
Dörd cavabsız qol vuran komandamız böyükhesablı səfər qələbəsi ilə 3 xal qazanıb. Öncə Rəvan Əsədov hesabı açıb, ardınca Rüfət Əhmədov fərqi artırıb. Görüşün sonlarında iki dəfə fərqlənən Ziya Şəkərxanov dubl müəllifi olub – 4:0.
21 turdan sonra hesabında 43 xal olan “qırmızı-qaralar” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” növbəti oyununu aprelin 6-da keçirəcək. XXII turun “Sumqayıt-2” ilə matçı “SOCAR Palms Arena”da təşkil olunacaq və saat 14:00-da başlayacaq.