“Qəbələ-2”dən böyükhesablı səfər qələbəsi
Xəbərlər / 4 Noyabr 2026 | 17:29464
“Qəbələ-2”dən böyükhesablı səfər qələbəsi

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” – 3:7

4 noyabr 2026. Saat 15:00. Binə qəsəbə stadionu. 50 tamaşaçı

Baş hakim: Ləman Əmirli

Baş hakimin köməkçiləri: Orxan İbişov, Məmmədəli Kərimov

Dördüncü hakim: Rauf Salamov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Rəşad Həsənov, 8 (qeyri-idman hərəkəti); Adıgözəl Əkbərov, 17 (qeyriidman hərəkəti)

Qollar: Cavid Paşa, 63; Turan Fətullayev, 76; Nihat Mehralıyev, 89 // Ömər Kərimov, 22; Qədir Ramazanov, 27, 52; Daniel Eşimoxay, 29; Cuma Hüseynov, 32; Hüseyn Xasməmmədli, 47; Xəyyam Məmmədli, 71

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 1 dəq.

 

Əvəzedicilər liqasında IX tura start verilib.

 

Turnirin lideri olan “Qəbələ-2” ilk oyun günündə meydana çıxıb. Komandamız səfərdə “Araz-Naxçıvan-2” ilə qarşılaşıb.

 

Matç Binə qəsəbə stadionunda baş tutub. Cari mövsümdə bütün səfər oyunlarında qalib gələn “Qəbələ-2” seriyasını davam etdirib. Komandamız ilk yarının ortalarında 11 dəqiqəyə 4 qol vurub. Ömər Kərimov, Qədir Ramazanov, Daniel Eşimoxay və Cuma Hüseynov meydan sahiblərinin qapısına yol tapıb.

 

Fasilədən sonra komandalar hərəyə 3 qol vurub. Komandamızın heyətində Hüseyn Xasməmmədli, Qədir Ramazanov və Xəyyam Məmmədli fərqlənib. Böyükhesablı qələbə qazanan “Qəbələ-2” mövsümdə ardıcıl 5-ci dəfə rəqib meydanından 3 xalla ayrılıb – 7:3. 9 oyunda 25 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, noyabrın 27-29-da keçiriləcək X turda “Qəbələ-2” “Qarabağ-2”ni qəbul edəcək.

 

“Araz-Naxçıvan-2”

91. Rəvan Mustafayev

13. Qabil Əlizadə

(21. İbrahim Piriyev, 46)

22. Rəşad Həsənov (k)

(53. Fərid Tağıyev, 46)

77. Nihat Mehralıyev

44. Elmir Cəfərov

97. Ülvi Qacar

(30. Cavid Paşa, 47)

45. Həsən Cabbarlı

47. İsmayıl İsmayılov

90. Ceyhun Ağazadə

55. Adıgözəl Əkbərov

(85. Mehdi Mehdizadə, 46)

89. Turan Fətullayev

(43. Murad Muradzadə, 81)

Ehtiyat oyunçular:

88. Raul Əhmədzadə

66. Səbuhi Qədirzadə

79. Raul Məmmədov

81. Elgün Ələkbərli

80. Ammar Əliyev

40. Tengiz Aliev

67. Hüseyn Bayramov

Məşqçi: Alim Qurbanov

“Qəbələ-2”

98. Əli Novruzzadə

2. Aqşin Yaqubov (k)

81. Samir Ağayev

17. Qədir Ramazanov

(87. Allahverdi Şirinov, 55)

30. Cuma Hüseynov

(36. Ayxan Əmiraslanlı, 55)

49. Ramin Əvəzov

37. Ömər Kərimov

(19. Xəyyam Məmmədli, 64)

20. Daniel Eşimoxay

(79. Ağasəlim Abdullayev, 58)

78. Ariz Kərimov

99. Rəvan Feyziyev

77. Hüseyn Xasməmmədli

(88. Rəvan Əsədov, 64)

Ehtiyat oyunçular:

90. Daniil Bayramari

11. Asif Məmmədov

Məşqçi: Xəyal Əmirli