«Qəbələ-2»dən dörd cavabsız qol
Xəbərlər / 15 Mart 2022 | 15:11143
«Qəbələ-2»dən dörd cavabsız qol

“Qəbələ-2” – “Səbail-2” – 4:0

15 mart 2022. Saat 13:00. Qəbələ şəhər stadionu. 30 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Taleh Məmmədov

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Çiçin Akande, 90+2 (oyunun bərpasının ləngidilməsi) // Firuz Əhmədov, 50 (qeyri-idman hərəkəti); Zeynəddin Abdurahmanov, 57 (hakimin qərarına etiraz); 73 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 73 (qeyri-idman hərəkəti); Xəyal Bədirov, 79 (hakimin qərarına etiraz); Vidadi Cəfərov, 82 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqələr: Zeynəddin Abdurahmanov, 73; Elşad Tağıyev, 83 (ciddi qayda pozuntusu)

Qollar: Hüseyn Mürsəlov, 28; Ramin Doobi, 51; Mehrac Baxşalı, 80 (p.); Çiçin Akande, 86

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

 

Azərbaycan çempionatının I divizionunda XVIII tura start verilib. Turun ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ-2” öz meydanında “Səbail-2”ni qəbul edib.

Bunadək son 5 oyunda qələbə qazanan Famil Xəlilovun yetirmələri bu qarşılaşmaya da üç xal istəyi ilə çıxıb. Bu, hissənin ortalarında hesabın açılması ilə nəticələnib. Hüseyn Mürsəlov qonaqların qapısına yol tapıb. 

“Qırmızı-qaralar” ikinci hissədə daha məhsuldar olub. Öncə Ramin Doobi fərqi iki topa çatdırıb. Mehrac Baxşalı penaltidən fərqlənərək 3-cü qolun müəllifi olub. Görüşün sonlarında qol sevinci yaşayan Çiçin Akande matçda son nöqtəni qoyub. 

Beləliklə, böyükhesablı qələbə qazanan komandamız ardıcıl 6-cı dəfə üç xal əldə edib. 19 matçda 33 xal toplayan “Qəbələ-2” 4-cü pillədə qərarlaşıb.

 

Qəbələ-2

 

36.Elməddin Sultanov

44. Salman Ələsgərov (k)

80. Aqil Nəsibov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

88. Fərid İsgəndərov

(15. Çiçin Akande, 72)

55. Ramin Doobi

(16. Munaçi Okvara, 84)

21. Rauf Məhərrəmov

(92. Pərvin Kərimli, 84)

66. Nika Baçaliaşvili

(90. Xəyal Səmədov, 60)

33. Hüseyn Mürsəlov

13. İbrahim Ramazanov

 

Ehtiyat oyunçular:

 

31. Kamil Nəzərli

52. Emil Bayramov

25. Taleh Qarayev

 

Baş məşqçi: Famil Xəlilov

 

“Səbail-2”

 

35. Məhəmməd Qurbanov

88. Elmir Tağıyev

(24. Elvin Sərkarov, 75)

44. Şamil Cəfərov

16. Xəyal Bədirov

72. Aydın Ağazadə

(20. Orxan Fərəcov, 46)

55. Firuz Əhmədov

(63. Hidayət Süleymanlı, 87)

38. Zeynəddin Abdurahmanov (k)

27. Rasim Hasanov

(70. Elşad Tağıyev, 46)

37. Elməddin Qurbanlı

57. Emin Rüstəmov

15. Ayxan Bədizadə

(99. Vidadi Cəfərov, 75)

 

Ehtiyat oyunçular:

 

91. Tural Mirsultanov

28. Mehman Məsimov

80. Məhəmməd Tağıyev

87. Nihat Şirinzadə

  

Məşqçi: Səbuhi Həsənov