“Qəbələ-2” – “Səbail-2” – 2:1
8 oktyabr 2023. Saat 15:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Rəhman Aslanov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Nicat Əliyev, 24 (qeyri-idman hərəkəti); Sənan Ağalarov, 53 (hakimin qərarına etiraz); İbrahim Ramazanov, 73 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Eşqin Əhmədov, 55; Sənan Ağalarov, 75 // Taleh Qarayev, 90+2
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
Bu gün əvəzedicilər liqasında I dövrəyə yekun vurulacaq. IX turun son oyun gününün ilk matçı Qəbələdə baş tutub. Liderlər qrupunda qərarlaşan “Qəbələ-2” “Səbail-2”ni qonaq edib.
Ev görüşünə qələbə üçün çıxan “qırmızı-qaralar” ilk yarıda hücumlarını dəqiq zərbə ilə tamamlaya bilməyib. Famil Xəlilovun yetirmələri rəqibin müqavimətini ikinci hissədə qırıblar.
Fasilədən az sonra Eşqin Əhmədov hesabı açıb. Çempionatın bombardiri Sənan Ağalarov da matçı qolsuz tərk etməyib. O, mövsümdə 9-cu qoluna imza atıb. Qonaqlar uzatma dəqiqələrində bu toplardan birinin əvəzini çıxa bilib. 2:1 hesablı qələbə qazanan “Qəbələ-2” aktivinə daha üç xal əlavə edib. Bu qələbədən sonra 9 oyunda 20 xal toplayan komandamız turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
“Qəbələ-2”
94. Həbib Hüşənov
12. Nicat Əliyev
24. Xəyal Xudaverdiyev
(44. Ravil Qafarov, 55)
71. Sənan Ağalarov
22. Fərid İsgəndərov (k)
(90. Kənan Baxışov, 67)
53. Elnur İbragimov
66. Nuğay Rəşidov
21. Bilal İsmayılov
(27. Eşqin Əhmədov, 32)
41. Fuad Əhmədov
(77. Okan Təhməzli, 55)
25. İbrahim Ramazanov
30. Şahin Şahniyarov
Ehtiyat oyunçular:
16. Məmməd Muradov
15. Rüfət Bədəlzadə
23. Xəyyam Məmmədli
Baş məşqçi: Famil Xəlilov
“Səbail-2”
65. Elmar Əzizov
3. Silvayin Deslandes
(89. Cəfər Muxtarov, 46)
(57. Elcan Məmmədov, 67)
38. Zeynəddin Abdurahmanov (k)
34. Taleh Qarayev
16. Emin Rüstəmov
73. Ülvü Mədətov
36. Nihad Dəryagir
71. Bəhram Köçərli
(64. Tofiq Bayramov, 32)
48. Ayaz Mikayılov
37. Cavid Yadullayev
(62. Zaman Zamanlı, 46)
67. İftixar İbrahimov
(42. Adəm Topalov, 76)
Ehtiyat oyunçular:
82. Nizaməddin Balayev
84. Teymur Məmmədov
92. Məmməd Əhmədov
47. Ayxan Bədizadə
78. Təhmasib Həmidli
93. Yılmaz Qəniyev
94. Fərid Şahhüseyni
Baş məşqçi: Asif Mirili