“Qəbələ-2” – “Turan Tovuz-2” – 2:1
16 mart 2026. Saat 15:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Teymur Teymurov
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Novruz Əzimov
Sarı vərəqələr: İlkin Budaqov, 39 (qeyri-idman hərəkəti) // Mircamal Əlizadə, 61 (qeyri-idman
hərəkəti); Tunar Muradov, 86 (qeyri-idman hərəkəti)
Qollar: Rəvan Əsədov, 64; Cuma Hüseynov, 66 // Elçin Qasımov, 90+2 (p.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XX turunda “Turan Tovuz”la qarşılaşıb. Matç Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Matçın taleyi ikinci yarıda həll olunub. Hissənin ortalarında iki qol vuran “Qəbələ-2”, sonda bir top buraxsa da, növbəti qələbəsini qazanıb – 2:1. Komandamızın qollarına Rəvan Əsədovla Cuma Hüseynov imza atıb.
20 turdan sonra 40 xala malik komandamız turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” XXI turda “Kəpəz”in qonağı olacaq. Martın 22-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
“Qəbələ-2”
94. Həbib Hüşənov
74. Süleyman Damadayev
(80. Nasiru Salihu, 46)
22. Fərid İsgəndərov (k)
(11. Asif Məmmədov, 79)
13. Nicat Əliyev
(70. Paulo Quimbila, 85)
23. Rüfət Əhmədov
26. Elnur Mustafayev
55. Aqşin Yaqubov
41. İlkin Budaqov
(71. Əli Məmmədov, 62)
88. Rəvan Əsədov
20. Cuma Hüseynov
(36. Ayxan Əmiraslanlı, 79)
37. Ömər Kərimov
Ehtiyat oyunçular:
98. Əli Novruzzadə
Baş məşqçi: Famil Xəlilov
“Turan Tovuz-2”
66. Ayxan Abbaszadə
73. Ülvü Mədətov
97. Elçin Qasımov
64. Bahadur Quliyev
(71. Cəsur İsmayılov, 77)
20. İbrahim Ramaza
80. Nihat Qurbanzadə (k)
30. Mircamal Əlizadə
(55. Məhəmmədəli Məmmədov, 77)
42. İsmayıl İsmayılov
60. Vüqar Bağırov
47. Pərvin Rəşidov
50. Tunar Muradov
Ehtiyat oyunçular:
91. Elxan Qasımov
85. Natiq Ağamalıyev
58. Cəmil Məmmədov
96. Tural Həsənov
Baş məşqçi: Nizami Ocaqverdiyev