“Qəbələ-2”dən ev qələbəsi
Xəbərlər / 10 May 2026 | 17:53143
“Qəbələ-2”dən ev qələbəsi

“Qəbələ-2” – “Sabah-2” – 1:0

10 may 2026. Saat 16:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 60 tamaşaçı

Baş hakim: İslam Məmmədov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəşad Quliyev

Dördüncü hakim: Sərxan İsmayılov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Sarı vərəqələr: Ceyhun Bağırzadə, 2 (qeyri-idman hərəkəti); Paulo Quimbila, 31 (qeyri-idman

hərəkəti); Elnur Mustafayev, 37 (qeyri-idman hərəkəti) // Emil Əmirov, 66 (qeyri-idman hərəkəti);

Səbuhi Qurbanov, 90+3 (qeyri-idman hərəkəti), 90+3 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Səbuhi Qurbanov, 90+3

Qol: Süleyman Damadayev, 35 (p.)

Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

 

Əvəzedicilər liqasında XXV tura yekun vurulub.

 

“Qəbələ-2” öz meydanında “Sabah-2”ni qəbul edib. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

 

Görüşün taleyini bir qol həll edib. İlk yarıda qonaqların qapısına yol tapan “qırmızı-qaralar” ev qələbəsi qazanıb.

 

Yeganə qola Süleyman Damadayev imza atıb. O, penaltidən fərqlənib.

 

Bu qələbə ilə “Qəbələ-2” xallarının sayını 52-yə çatdırıb. Komandamız turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qəbələ-2” XXVI turda “Şamaxı-2”nin qonağı olacaq.

 

 “Qəbələ-2”

94. Həbib Hüşənov

74. Süleyman Damadayev

22. Fərid İsgəndərov (k)

66. Nuğay Rəşidov

(18. Antoni Hunpe, 83)

70. Paulo Quimbila

(88. Rəvan Əsədov, 56)

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

21. Ziya Şəkərxanov

91. Ceyhun Bağırzadə

20. Cuma Hüseynov

(37. Ömər Kərimov, 74)

80. Nasiru Salihu

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

41. İlkin Budaqov

32. Səmid Əhmədov

78. Ariz Kərimov

Baş məşqçi: Famil Xəlilov

“Sabah-2”

94. Rəvan Mirzəmmədov

77. Nihat Cabbarov

97. Ramil Nuraxmedov

(71. Əli Əlizadə, 73)

93. Səbuhi Qurbanov

37. Amir Qəribov

(87. Toğrul Tapdıqlı, 73)

74. Həmzəalı Mikayılov (k)

78. Cavid Məmmədli

(89. Cəfər Muxtarov, 46)

91. İlkin Cəfərli

23. Qodfred Boakye

24. Emil Əmirov

(66. Əhməd Tanrıverdiyev, 46)

95. Şahin İbrahimov

(30. Babamirzə Mehtiyev, 90)

Ehtiyat oyunçular:

36. İslam Abduləzizov

25. Hüseyn Məmmədzadə

81. Emin Mahmudov

54. Surxay Nəbiyev

Baş məşqçi: Adino Mustedanagiç