“Qəbələ-2” – “Sabah-2” – 1:0
Daniel Eşimoxay, 37
Əvəzedicilər liqasında VIII tura start verilib.
“Qəbələ-2” öz meydanında “Sabah-2”ni qəbul edib. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Matçın taleyini bir qol həll edib. İlk yarının sonlarında fərqlənən Daniel Eşimoxayın qolu “qırmızı-qaralar”a 3 xal qazandırıb. 8 oyunda 22 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, komandamız IX turda “Araz-Naxçıvan-2”nin qonağı olacaq. Noyabrın 4-də Binə qəsəbə stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.