“Qəbələ-2” – “Neftçi-2” – 3:2
22 fevral 2026. Saat 14:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Kamil Aydınov
Baş hakimin köməkçiləri: Mirnihad Seyidov, Elmin Süleymanov
Dördüncü hakim: Samir Musayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Rüfət Əhmədov, 26 (qeyri-idman hərəkəti) // Nihad Əliyev, 17 (qeyriidman hərəkəti); Fərhad Fərhadlı, 33 (qeyri-idman hərəkəti); Nurlan Musayev, 52 (qeyriidman hərəkəti)
Qollar: Cuma Hüseynov, 35; 77; Nasiru Salihu, 46 // Fərid Səfərli, 11; Ömər Qurbanov, 44
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XVII turunda meydana çıxıb. Komandamız “Neftçi-2”ni qəbul edib.
Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilib. “Qırmızı-qaralar” məhsuldar keçən görüşdə əzmkar qələbə qazanıb.
Hesabda iki dəfə geri düşən komandamız öncə Cuma Hüseynovun, fasilədən sonra Nasiru Salihunun qolu ilə bərabərliyə nail olub. Matçın sonlarında dublunu rəsmiləşdirən Hüseynov “Qəbələ-2”yə üç xal qazandıran qolu vurub – 3:2.
17 oyundan sonra komandamızın hesabında 34 xal var. “Qırmızı-qaralar” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” XVIII turda “Kəpəz-2”nin qonağı olacaq. Martın 2-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək matç saat 14:00-da başlayacaq.
“Qəbələ-2”
94. Həbib Hüşənov
74. Süleyman Damadayev
(18. Antoni Hunpe, 46)
22. Fərid İsgəndərov (k)
23. Rüfət Əhmədov
(11. Asif Məmmədov, 46)
70. Paulo Quimbila
(80. Nasiru Salihu, 46)
17. Qədir Ramazanov
(41. İlkin Budaqov, 73)
21. Ziya Şəkərxanov
55. Aqşin Yaqubov
91. Ceyhun Bağırzadə
88. Rəvan Əsədov
(32. Səmid Əhmədov, 46)
20. Cuma Hüseynov
Ehtiyat oyunçular:
98. Əli Novruzzadə
78. Ariz Kərimov
Baş məşqçi: Famil Xəlilov
“Neftçi -2”
96. Nicat Qaragözlü
35. Fərid Səfərli
68. Nurlan Musayev (k)
80. Aslan Şirinov
92. Ömər Qurbanov
(74. Ezekiel Oluvafemi, 83)
39. Fərhad Fərhadlı
54. Nihad Əliyev
82. Məhəmməd Məmmədli
57. Mirşahbaz Şahbazov
21. Mamadi Diavara
(36. Həsən Mahmudov, 66)
41. Ömər Nəsibov
(64. Röyal Fərzullazadə, 75)
Ehtiyat oyunçular:
95. Eldar Babayev
89. Həmdulla Məmmədov
42. İsmayıl Qurbanlı
73. Rəvan Səfərli
Baş məşqçi: Rəşad Abdullayev