“Qəbələ-2”dən iki cavabsız qol
Xəbərlər / 24 Noyabr 2025 | 16:3415195
“Qəbələ-2”dən iki cavabsız qol

“Qəbələ-2” – “Şamaxı-2” – 2:0

Nuğay Rəşidov, 25, Fərid İsgəndərov, 69

 

“Qəbələ-2” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XI turunun matçına çıxıb. Komandamız “Şamaxı-2”ni qəbul edib.

 

Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutan görüşdə iki qol vurulub. Hər hissədə bir dəfə fərqlənən “Qəbələ-2” üç xal qazanıb.

 

İlk yarıda Nuğay Rəşidov hesabı açıb. İkinci hissədə Fərid İsgəndərov qol sevinci yaşayıb – 2:0.

 

Bu qələbə ilə “qırmızı-qaralar” xallarının sayını 20-yə çatdırıb. Komandamız 11 turdan sonra 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qəbələ-2” XII turda “Sumqayıt-2”nin qonağı olacaq. Matç dekabrın 1-də keçiriləcək.