“Qəbələ-2”dən məhsuldar heç-heçə
Xəbərlər / 7 Dekabr 2025 | 14:5917855
“Qəbələ-2”dən məhsuldar heç-heçə

“Qəbələ-2” – “Sabah-2” – 2:2

7 dekabr 2025. Saat 13:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Elvin Bayramov

Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Elvin Mədətov

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: İlkin Budaqov, 50 (qeyri-idman hərəkəti); Müseyib Bəşirov, 88 (qeyri-idman

hərəkəti)

Qollar: Paulo Quimbila, 4; Nasiru Salihu, 47 // Həmzəalı Mikayılov, 24; Şahin İbrahimov, 82

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

 

“Qəbələ-2” növbəti oyununu keçirib.

 

“Qırmızı-qaralar” Əvəzedicilər liqasının XIII turunda “Sabah-2” ilə görüşüb. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

 

Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib. Paulo Quimbila birinci, Nasiru Salihu ikinci yarının əvvəlində “qırmızı-qaralar”ı hesabda önə çıxarsa da, qonaq komanda hər iki hissədə bərabərlik qolunu vurub.

 

Bununla da “Qəbələ-2” xallarının sayını 22-yə çatdırıb. 13 matç keçirən komanda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qəbələ-2” XIV turda “Turan Tovuz-2” ilə qarşılaşacaq. Dekabrın 15-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək matç saat 14:00-da başlayacaq.

 

“Qəbələ-2”

94. Həbib Hüşənov

11. Asif Məmmədov (k)

7. Rüfət Əhmədov

70. Paulo Quimbila

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

55. Aqşin Yaqubov

41. İlkin Budaqov

(20. Cuma Hüseynov, 70)

91. Ceyhun Bağırzadə

(19. Müseyib Bəşirov, 74)

8. Nasiru Salihu

24. Səmid Əhmədov

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

34. Rüfət Bədəlzadə

33. Nurlan Ağabəyov

78. Ariz Kərimov

Baş məşqçi: Famil Xəlilov

“Sabah-2”

94. Rəvan Mizəmmədov

25. Hüseyn Məmmədzadə

71. Əli Əlizadə

(97. Ramil Nuraxmedov, 57)

77. Nihat Cabbarov

37. Amir Qəribov

(48. Anar Cəbiyev, 81)

74. Həmzəalı Mikayılov (k)

78. Cavid Məmmədli

(42. Seydi Danziyev, 62)

91. İlkin Cəfərli

24. Emil Əmirov

(93. Səbuhi Qurbanov, 46)

35. Cafet Bulus

95. Şahin İbrahimov

Ehtiyat oyunçular:

36. İslam Abduləzizov

90. Oluvasen Timilehin

54. Surxay Nəbiyev

Baş məşqçi: Adino Mustedanagiç