“Qəbələ-2” – “Kəpəz-2” – 4:0
18 avqust 2025. Saat 17:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Teymur Teymurov
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sarı vərəqə: Müseyib Bəşirov, 68 (qeyri-idman hərəkəti)
Qollar: Ziya Şəkərxanov, 9; Elşad Tağıyev, 22; Rəvan Əsədov, 81, 89
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - yoxdur.
Bu gün Əvəzedicilər liqasında 2025/26 mövsümünə start verilib.
“Qəbələ-2” çempionata ev matçı ilə start verib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda “Kəpəz-2”ni qəbul edib.
Görüş Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. “Qırmızı-qaralar” matçın taleyini birinci hissənin ilk yarısında həll edib.
Ziya Şəkərxanov erkən qolla hesabı açıb. Ardınca Elşad Tağıyev fərqi iki topa çatdırıb.
Qarşılaşmanın sonlarında komandamız daha iki dəfə fərqlənib. Dubla imza atan Rəvan Əsədov qonaqların qapısına 2 dəfə yol tapıb.
Beləliklə, “Qəbələ-2” mövsümə böyükhesablı ev qələbəsi ilə start verib – 4:0.
“Qəbələ-2”
94. Həbib Hüşənov
97. Elşad Tağıyev (k)
(37. Ömər Kərimov, 72)
70. Paulo Quimbila
36. Elnur Mustafayev
(99. Rəvan Feyziyev, 72)
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
55. Aqşin Yaqubov
88. Rəvan Əsədov
20. Cuma Hüseynov
(78. Ariz Kərimov, 46)
24. Səmid Əhmədov
(79. Ömər Yusubov, 62)
96. Rəvan Poladlı
(19. Müseyib Bəşirov, 62)
Ehtiyat oyunçular:
25. Nicat Kərimov
71. Əli Məmmədov
Baş məşqçi: Famil Xəlilov
“Kəpəz-2”
13. Nahid Bağırov
70. Nihad Qəribov (k)
87. Sənan Əliyev
(90. Nicat Əhmədov, 68)
75. Toğrul Məmmədov
97. Elxan Məmmədov
80. Şahnur İsmayılov
(79. Aqşin Qasımlı, 46)
41. Seymur Xəlilov
57. Amur Yusifov
28. Cəlil Allahverdiyev
30. Ruslan Quliyev
(71. Sənan Şamilov, 75)
83. Raul İsaqov
(26. Sadiq Xəlilov, 62)
Ehtiyat oyunçular:
16. Əli Zeynallı
42. Əliəkbər Məmmədov
Baş məşqçi: Xaliq Mərdanov