“Qarabağ-2” – “Qəbələ-2” – 1:1
16 dekabr 2022. Saat 13:30. Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Samir Qaracayev
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Nurlan Şabanov, 24 (qeyri-idman hərəkəti); Musa Musazadə, 79 (qeyri-idman hərəkəti)
Qollar: Seyxan Fərəcov, 39 // Rauf Məhərrəmov, 42
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Azərbaycan çempionatının I divizionunda XV tura start verilib. “Qəbələ-2” mövsümün ilk yarısında son oyununu keçirib.
Famil Xəlilovun yetirmələri I dövrəni səfər matçı ilə başa vurub. “Qırmızı-qaralar” ilin son sınağında “Qarabağ-2” ilə görüşüb.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Hər iki qol birinci hissənin sonlarına təsadüf edib. Öncə rəqib hesabı açsa da, üç dəqiqə sonra Rauf Məhərrəmov fərqlənib. 14 oyunda 21 xal toplayan “Qəbələ-2” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Qəbələ-2” növbəti oyununu 2023-cü il fevralın 7-də səfərdə “İmişli”yə qarşı keçirəcək.
“Qarabağ-2”
89. Amin Ramazanov
39. David Sayenko
(79. Mirmövsüm Caniyev, 59)
66. Ruslan Bayramov
62. Nurlan Şabanov
(91. Elton Mikayılov, 59)
73. Xəyal Muradov
(88. Şirxan Həsənzadə, 62)
45. Seyxan Fərəcov
70. Mehdi Tahirov (k)
56. Elmir Abbasov
47. Musa Musazadə
93. Əşrəf Zeynallı
54. Musa Məmmədov
Ehtiyat oyunçular:
71. Qurban Məhərrəmov
49. Əli Nəcəfli
57. Emil Abbasov
75. İbrahim Ağayarov
Baş məşqçi: Cavad Mirzəbəyli
“Qəbələ-2”
22. Həsən Həsənli
44. Salman Ələsgərov
74. Süleyman Damadayev
(99. Kənan Baxışov, 81)
88. Gülağa Əsədov
(55. Okan Təhməzli, 73)
20. Rauf Rüstəmli
3. Əzəmət Ələkbərli (k)
30. Tolqar Yaqubov
70. Fərid İsgəndərov
16. Nicat Əliyev
21. Rauf Məhərrəmov
80. Aqil Nəsibov
(89. Bilal İsmayılov, 76)
Ehtiyat oyunçular:
50. Eldar Tərlanov
Baş məşqçi: Famil Xəlilov