«Qəbələ-2»dən səfər qələbəsi
Xəbərlər / 30 Mart 2022 | 17:08172
«Qəbələ-2»dən səfər qələbəsi

“Zirə-2” – “Qəbələ-2” – 0:1

30 mart 2022. Saat 15:00. “ASK Arena”. 40 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Asiman Əzizli, Elmin Süleymanov

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr:  Rüstəm Nuruyev, 58 (qeyri-idman hərəkəti); Ağarəhim Kərimov, 68 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 77 (qeyri-idman hərəkəti); Ramin Abdullayev, 90+8 (hakimin qərarına etiraz) // Əzəmət Ələkbərli, 48 (qeyri-idman hərəkəti); Kamil Nəzərli, 90+8 (oyunun bərpasının ləngidilməsi)

Qol: Xəyal Səmədov, 70

Qolla nəticələnməyən penalti: Mehrac Baxşalı, 23

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 10 dəq.

 

Azərbaycan çempionatının I divizionunda XIX tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçirilən turda “Qəbələ-2” “Zirə-2”nin qonağı olub. Bunadək ardıcıl 6 qələbə qazanan “qırmızı-qaralar” paytaxt səfərinə də üç xal üçün yollanıb. Qarşılaşmanın taleyini bir qol həll edib. İlk yarısı qolsuz bitən görüşün 70-ci dəqiqəsində Xəyal Səmədov meydan sahiblərinin qapısına yol tapıb. Bu top “Qəbələ-2”yə qələbə qazandırıb. 18 oyundan sonra xal hesabını 29-a çatdıran Famil Xəlilovun yetirmələri 2-ci pilləyə yüksəlib.

 

“Zirə-2”

 

23. Zeynal Əhmədzadə

51. Rüstəm Nuruyev

66. Ağarəhim Kərimov (k)

(20. Cavad Qurbanlı, 82)

12. Zahid Mərdanov

45. Əli Mürsəlov

88. Elmar Rəhimov

55. Ramin Abdullayev

25. Vüsal Əliyev

(80.  Tahir Zeynalov, 73)

27. Tamerlan Burcəliyev

(64. Mahmud Ağayev, 61)

57. Zahir Mirzəzadə

97. Məhəmməd Səfərov

(70. Nicat Məmmədov, 82)

 

Ehtiyat oyunçular:

 

50. Səlim Həşimov

35. Ramin Məlikov

16. Ramin Tağıyev

33. Raul Musayev

 

Baş məşqçi: Azər Məmmədov

 

Qəbələ-2

 

31. Kamil Nəzərli

44. Salman Ələsgərov

80. Aqil Nəsibov

(90. Xəyal Səmədov, 60)

18. Mehrac Baxşalı

(99. Emil Süleymanov, 64)

20. Rauf Rüstəmli

37. Əzəmət Ələkbərli (k)

88. Fərid İsgəndərov

(16. Munaçi Okvara, 84)

55. Ramin Doobi

(92. Pərvin Kərimli, 60)

21. Rauf Məhərrəmov

66. Nika Baçaliaşvili

13. İbrahim Ramazanov

 

Ehtiyat oyunçular:

 

62. Məmməd Muradov

96. Fərid Süleymanlı

 

Baş məşqçi: Famil Xəlilov