«Qəbələ-2»dən səfər qələbəsi
Xəbərlər / 25 Oktyabr 2022 | 16:091226
«Qəbələ-2»dən səfər qələbəsi

MOİK  - “Qəbələ-2” – 2:4

25 oktyabr 2022. Saat 14:00. Binə qəsəbə stadionu. 100 tamaşaçı

Baş hakim: İslam Məmmədov

Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Orxan İbişov

Dördüncü hakim: Kamil Aydınov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Sarı vərəqələr: Muxtar Nəzərli, 7 (qeyri-idman hərəkəti); Kamil Hüseynov, 26 (qeyri-idman hərəkəti); Şirin Şirinov, 28 (qeyri-idman hərəkəti); Emin Mehtiyev, 71 (hakimin qərarına etiraz); Nuğay Rəşidov, 90+1 (qeyri-idman hərəkəti) // Əzəmət Ələkbərli, 45+1 (qeyri-idman hərəkəti)

Qollar: İlham Allahverdiyev, 33, 71 // Fərid İsgəndərov, 5; Süleyman Damadayev, 56; Rauf Məhərrəmov, 59 (p.); Əli Mürsəlov, 90+4

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

 

Azərbaycan I divizionda IX tura start verilib. “Qəbələ-2” turun ilk günündə meydana çıxıb. Famil Xəlilovun yetirmələri MOİK-in qonağı olub.

Görüş erkən qolla başlayıb. Fərid İsgəndərov 5-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Bakı klubu fasiləyədək hesaba tarazlıq gətirib.

Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Süleyman Damadayev və Rauf Məhərrəmov hissənin əvvəlindəki qollarla “qırmızı-qaralar”a üstünlük qazandırıb. Bakılılar bu qollardan birinin əvəzini çıxsa da, Əli Mürsəlov uzatma dəqiqələrində matçdakı son nöqtəni qoyub – 4:2. Xatırladaq ki, 8 oyunda 13 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

 

 MOİK

 

1. Elgün Bayramov

9. Fərmayıl Əliyev (k)

5. Kamil Hüseynov

(33. Samir Məmmədzadə, 62)

11. İlham Allahverdiyev

6. İsa Zeynallı

3. Nicat Əskərov

44. Samir Alıyev

(7. Emin Mehtiyev, 62)

13. Şirin Şirinov

(4. Elnur Mirzəyev, 46)

10. Muxtar Nəzərli

(19. Əlibala Ağayev, 62)

(15. Rüstəm Rüstəmov, 88)

50. Tural Axverdiyev

17. Nuğay Rəşidov

 

Ehtiyat oyunçular:

 

35. Fərman Bayramov

22. Samir Musayev

2. Qabil Sabirli

20. İlkin Həsənli

70. Tural Nəsirov

66. Elçin Bayramov

 

Məşqçi: Şəhriyar Məmmədov

 

“Qəbələ-2”

 

62. Məmməd Muradov

74. Süleyman Damadayev

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

(89. Bilal İsmayılov, 84)

20. Rauf Rüstəmli

3. Əzəmət Ələkbərli (k)

30. Tolqar Yaqubov

70. Fərid İsgəndərov

(78. Şahin Şahniyarov, 76)

21. Rauf Məhərrəmov

(45. Əli Mürsəlov, 62)

24. Xəyal Xudaverdiyev

25. İbrahim Ramazanov

(71. Sənan Ağalarov, 76)

 

Ehtiyat oyunçular:

 

50. Eldar Tərlanov

44. Salman Ələsgərov

29. Fuad Əhmədov

 

Baş məşqçi: Famil Xəlilov