“Qəbələ-2”dən səfər qələbəsi
Xəbərlər / 2 May 2026 | 17:5924522
“Qəbələ-2”dən səfər qələbəsi

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” – 1:3

2 may 2026. Saat 16:00. Bayıl Arena. 20 tamaşaçı

Baş hakim: Nazim Abdullayev

Baş hakimin köməkçiləri: Asif Abdullayev, Tural Bayramov

Dördüncü hakim: Samir Musayev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Cavid Paşa, 67 (qeyri-idman hərəkəti) // Nasiru Salihu, 33 (qeyri-idman hərəkəti); Aqşin Yaqubov, 86 (qeyri-idman hərəkəti)

Qollar: Nuran Muradlı, 8 // Rəvan Əsədov, 3; Paulo Quimbila, 61, 64

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

 

Əvəzedicilər liqasında XXIV tura yekun vurulub.

 

Turun son matçı “Bayıl Arena”da keçirilib. “Qəbələ-2” səfərdə “Araz-Naxçıvan-2”nin qonağı olub.

 

Görüş erkən qollarla başlayıb. Öncə Rəvan Əsədov hesabı açsa da, rəqib bərabərlik topunu vurub.

 

Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Paulo Quimbilanın dublu “qırmızı-qaralar”a səfər qələbəsi qazandırıb.

 

3:1 hesablı qələbə qazanan komandamız xallarının sayını 49-a çatdırıb. “Qırmızı-qaralar” bununla da turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Qəbələ-2” XXV turda “Sabah-2”ni qəbul edəcək.

 

“Araz-Naxçıvan-2”

99. Raul Əhmədzadə

74. Vladimir Beruaşvili

80. İftixar İbrahimov

86. İbrahim Piriyev

(31. Anar Ələkbərov, 79)

33. Elmir Cəfərov (k)

89. Ülvi Qacar

(55. Vüsal Qaragözov, 70)

30. Cavid Paşa

(71. Səbuhi Məmmədov, 70)

32. Həsən Cabbarlı

42. Nuran Muradlı

82. Bayram Həsənli

(90. Ayxan Salamzadə, 46)

43. Murad Muradzadə

(66. Səbuhi Qədirzadə, 85)

Ehtiyat oyunçular:

95. Rəvan Mustafayev

63. Sirus Təbrizli

85. Məhəmməd Rəşidli

Baş məşqçi: Zaur İsmayılov

“Qəbələ-2”

94. Həbib Hüşənov

70. Paulo Quimbila

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

55. Aqşin Yaqubov (k)

91. Ceyhun Bağırzadə

88. Rəvan Əsədov

20. Cuma Hüseynov

(78. Ariz Kərimov, 56)

80. Nasiru Salihu

(41. İlkin Budaqov, 78)

77. Hüseyn Xasməmmədli

(36. Ayxan Əmiraslanlı, 46)

47. Şəhriyar Mehbalıyev

(19. Müseyib Bəşirov, 60)

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

18. Antoni Hunpe

96. Rəvan Poladlı

Məşqçi: Şəhriyar Kərimli