“Sumqayıt-2” – “Qəbələ-2” – 0:2
26 oktyabr 2026. Saat 15:00. “SOCAR Polimer Arena” (ehtiyat meydança). 40 tamaşaçı
Baş hakim: Nazim Abdullayev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Samir Qaracayev
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqə: Qədir Ramazanov, 36 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Aftandil Arixov, 22 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Ariz Kərimov, 38; Xəyyam Məmmədli, 88
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib.
Komandamız Əvəzedicilər liqasının VII turunda “Sumqayıt-2” ilə qarşılaşıb. Görüş “SOCAR Polymer Arena”nın ehtiyat meydanında baş tutub.
“Qəbələ-2” mövsümdə 6-cı qələbəsini qazanıb – 2:0. Komandamızın heyətində Ariz Kərimov ilk yarıda hesabı açıb. İkinci hissədə isə Xəyyam Məmmədli fərqlənib. 7 oyundan sonra hesabında 19 xal olan “qırmızı-qaralar” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” VIII turda “Sabah-2”ni qəbul edəcək. Oktyabrın 30-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 14:00-da başlayacaq.
“Sumqayıt-2”
12. Aftandil Arixov
47. Hüseyn Xıdırov (k)
56. Nicat Məmmədzadə
53. Elvin Salıfov
96. Akim Badolo
(35. Məhəmməd Allahverdiyev, 79)
57. Hüseyn Fərəcli
72. Əli Qurbanov
37. Nihad Orucəli
(67. Rail Bəşirov, 46)
95. Murad Cabbarov
(31. İlkin Qocayev, 24)
63. Emil Həsənov
(85. Raul Əliyev, 75)
93. İlkin Həzizadə
Ehtiyat oyunçular:
54. Sənan Ağayev
81. Nüsrət Musayev
68. Ülvi Əliyev
52. Nicat Cəfərli
82. Elgün İsaqov
50. Əli Əhmədov
88. Zakir Hüseynov
Baş məşqçi: Tural Rzayev
“Qəbələ-2”
98. Əli Novruzzadə
2. Aqşin Yaqubov (k)
81. Samir Ağayev
17. Qədir Ramazanov
88. Rəvan Əsədov
(19. Xəyyam Məmmədli, 60)
30. Cuma Hüseynov
49. Ramin Əvəzov
(99. Rəvan Feyziyev, 70)
37. Ömər Kərimov
(87. Allahverdi Şirinov, 79)
20. Daniel Eşimoxay
78. Ariz Kərimov
91. Müseyib Bəşirov
Ehtiyat oyunçular:
90. Daniil Bayramari
11. Asif Məmmədov
Məşqçi: Xəyal Əmirli