«Qəbələ-2»dən üç dublla 6 cavabsız qol
Xəbərlər / 26 Oktyabr 2021 | 18:04176
«Qəbələ-2»dən üç dublla 6 cavabsız qol

“Qəbələ-2” – “Zirə-2” – 6:0

26 oktyabr 2021. Saat 14:30. Qəbələ şəhər stadionu. 50 tamaşaçı

Baş hakim: Cavid Cəlilov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: İbrahim Ramazanov, 22 (qeyri-idman hərəkəti); Salman Ələsgərov, 33 (qeyri-idman hərəkəti); Elməddin Sultanov, 62 (qeyri-idman hərəkəti)

Qollar: Mehrac Baxşalı, 1; 90+4; Aqil Nəsibov, 24; 71; Taleh Qarayev, 86; 89

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

 

Azərbaycan I divizionda VI tura start verilib. “Qəbələ-2” öz meydanında “Zirə-2” ilə qarşılaşıb. Famil Xəlilovun yetirmələri bu matçda 6 cavabsız qolla qalib gəlib. Üç futbolçu bu görüşdə dubla imza atıb. İlk dəqiqədə erkən qola sevinən Mehrac Baxşalı son saniyələrdə 6-cı topun müəllifi olub. Aqil Nəsibov hər iki hissənin ortalarında fərqlənib. Meydanda cəmi 13 dəqiqə olan Taleh Qarayev isə 4 dəqiqə ərzində iki dəfə qol sevinci yaşayıb. Qəbələ şəhər stadionundakı qarşılaşmada mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb. 5 Oyunda 8 xal toplayan “Qəbələ-2” 5-ci pillədə qərarlaşıb.

 

 “Qəbələ-2”

 

36. Elməddin Sultanov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

26. Tural Əjdərli

16. Munaçi Okvara

(66. Ülvü Mədətov, 46)

44. Salman Ələsgərov

(50. Tamerlan Rizvanov, 76)

30. Nicat Oruclu (k)

21. Rauf Məhərrəmov

(15. Çiçin Akande, 76)

80. Aqil Nəsibov

(96. Fərid Süleymanlı, 76)

90. Xəyal Səmədov

(25. Taleh Qarayev, 77)

13. İbrahim Ramazanov

 

Ehtiyat oyunçular:

 

22. Həsən Həsənli

29. Fuad Əhmədov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Zirə-2”

 

80. Cavidan İzzətli

6. Ayxan Süleymanlı

61. Nizami Səmədov (k)

70. Nicat Məmmədov

(55. Ramin Abdullayev, 46)

98. Məhəmməd Məhərrəmov

(40. Rauf Ağasənov, 85)

20. Cavad Qurbanlı

56. Samir Ağayev

33. Raul Musayev

25. Vüsal Əliyev

(90. Elnur Mirzəyev, 76)

97. Məhəmməd Səfərov

(27. Tamerlan Burcəliyev, 77)

64. Mahmud Ağayev

(87. Peyman Səmədli, 84)

 

Ehtiyat oyunçular:

 

31. Ülvi Mehrəliyev

57. Zahir Mirzəzadə

66. Elçin Bayramov

 

Baş məşqçi: Azər Məmmədov