Bu gün Azərbaycan I Divizionunda 2021-2022-ci illər mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Püşkatmanın nəticələrinə əsasən ilk turun cütləri müəyyənləşib. “Qəbələ-2” mövsümdə ilk oyununda “Kəpəz”lə qarşılaşacaq. Komandamız bu qarşılaşmanı səfərdə keçirəcək. Yeni mövsümə sentyabrın 13-də start veriləcək. 13 komandanın qatılacağı turnirin ilk turunu “Qarabağ-2” buraxacaq.
I Divizion
I tur
13-14 sentyabr
“Sumqayıt-2” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Qəbələ-2”
“Neftçi-2” – “Sabah-2”
“Keşlə-2” – “Zaqatala”
“Turan Tovuz” – MOİK
“Səbail-2” – “Zirə-2”