«Qəbələ-2» mövsümə səfər qələbəsi ilə başladı
Xəbərlər / 7 Avqust 2023 | 20:591673
«Qəbələ-2» mövsümə səfər qələbəsi ilə başladı

“Sabah-2” – “Qəbələ-2” – 1:3

7 avqust 2023. Saat 19:00.“ASK Arena”. 100 tamaşaçı

Baş hakim: Səbuhi Bayramov

Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Gülnurə Əkbərzadə

Dördüncü hakim: Şamil İmanzadə

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Şahmar Aşurov, 60 (qeyri-idman hərəkəti); Səbuhi Qurbanov, 67 (qeyri-idman hərəkəti); İdris İnqilablı, 67 (hakimin qərarına etiraz); Seymur Məmmədov, 70 (qeyri-idman hərəkəti) // Fuad Əhmədov, 33 (qeyri-idman hərəkəti); İbrahim Ramazanov, 60 (qeyri-idman hərəkəti)

Qollar: Camal Cəfərov, 14 // Bilal İsmayılov, 18; Sənan Ağalarov, 37; Ravil Qafarov, 63

 

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

Əvəzedicilər liqasında 2023/24 mövsümünün ilk turuna yekun vurulub. “Qəbələ-2” turun son matçında meydana çıxıb. Famil Xəlilovun yetirmələri səfərdə “Sabah-2” ilə görüşüb.

“ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin erkən qolu ilə başlayıb. Lakin buraxılan qoldan sonra oyunda dönüş yaradan “qırmızı-qaralar” artıq fasiləyədək iki dəfə fərqlənib. Bilal İsmayılov, və Sənan Ağalarov komandamızı hesabda irəli çıxarıb. Fasilədən sonra da inamlı təsir bağışlayan “Qəbələ-2” daha bir qol vurub. Bu dəfə Ravil Qafarov fərqlənib. Beləliklə, 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ilk turdan sonra liderlər sırasında yer alıb.

Xatırladaq ki, komandamız II turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Avqustun 13-də keçiriləcək qarşılaşma Binə qəsəbə stadionunda baş tutacaq.

 

“Sabah-2”

 

16. Rustam Samigullin

13. İdris İnqilablı (k)

33. Camal Cəfərov

(70. Məhəmməd Əliyev, 67)

22. Seymur Məmmədov

40. Rauf Rüstəmli

91. Nicat Quliyev

25. Hüseyn Məmmədzadə

80. Sənan Ağayev

(90. Oluvaseun Timilehin, 58)

97. Şahmar Aşurov

71. Əli Əlizadə

93. Səbuhi Qurbanov

(28. Vasif Fərəcov, 67)

 

Ehtiyat oyunçular:

 

75. Emil Həbibov

76. Süleyman Həsənov

86. Kamil Mahmudov

 

Baş məşqçi: Rövşən Babayev

  

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

24. Xəyal Xudaverdiyev

(83. Ceyhun Bağırzadə, 78)

71. Sənan Ağalarov

22. Fərid İsgəndərov (k)

(23. Xəyyam Məmmədli, 62)

53. Elnur İbragimov

21. Bilal İsmayılov

(44. Ravil Qafarov, 46)

41. Fuad Əhmədov

(19. Rüfət Bədəlzadə, 73)

25. İbrahim Ramazanov

(66. Nuğay Rəşidov, 73)

30. Şahin Şahniyarov

 

Ehtiyat oyunçular:

 

94. Həbib Hüşənov

88. Rəvan Əsədov

 

Baş məşqçi: Famil Xəlilov