Bu gün futbol üzrə Azərbaycan I Divizionunun 2022/2023-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. “Qəbələ-2”nin də iştirak edəcəyi yarış avqustun 24-də başlayacaq.
Çempionatda 15 komanda mübarizə aparacaq. Püşkatmada ilk turda üz-üzə gələcək cütlər müəyyənləşib.
“Qəbələ-2” mövsümə ev oyunu ilə start verəcək. “Qırmızı-qaralar” “İmişli” ilə görüşəcək. İlk turda "Sumqayıt-2" komandası istirahət edəcək.
I tur
“Zirə-2” – “Kəpəz-2”
“Turan Tovuz-2” – “Şamaxı-2”
“Qəbələ-2” – “İmişli”
“Araz Naxçıvan” – “Qarabağ-2”
MOİK – “Zaqatala”
“Mingəçevir” – “Neftçi-2”
“Qaradağ Lökbatan” – “Səbail-2”