“Səbail-2” – “Qəbələ-2” – 3:1
11 noyabr 2021. Saat 15:00. “ASCO Arena”. 10 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Vüsal Məmmədov
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Xəyal Bədirov, 53 (qeyri-idman hərəkəti) // Nicat Oruclu, 47; 90+4 (qeyri-idman hərəkəti); Tural Əjdərli, 59 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nicat Oruclu, 90+4
Qollar: Vidadi Cəfərov, 64; 80; 90+5 (p.) // Aqil Nəsibov, 65
Qolla nəticələnməyən penalti: Ehtiram Şahverdiyev, 70
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib. Azərbaycan I divizionunun V turunun təxirə salınan matçında “qırmızı-qaralar” “Səbail-2”nin qonağı olub. Məhsuldar keçən görüşdə 4 qol vurulub. İlk yarısında hesabın açılmadığı qarşılaşmadakı bütün toplar ikinci hissəyə təsadüf edib. 64-cü dəqiqədə qapısında qol görən Famil Xəlilovun yetirmələri artıq növbəti hücumda hesaba tarazlıq gətirib. Aqil Nəsibov meydan sahiblərini məyus edib. Beş dəqiqə sonra “Qəbələ-2” önə keçmək imkanı azansa da, Ehtiram Şahverdiyev penaltidən yararlana bilməyib. Bundan sonra paytaxt təmsilçisi iki qol vurub və 3:1 hesablı qələbə qazanıb. 7 oyundan sonra hesabında 8 xal olan “Qəbələ-2” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
“Səbail-2”
31. Nail Alışov
24. Elvin Sərkarov
97. Kənan Mirzəliyev (k)
28. Elcan Hafizli
16. Xəyal Bədirov
72. Aydın Ağazadə
26. Murad Məmmədov
(27. Rasim Hasanov, 90)
55. Firuz Əhmədov
70. Elşad Tağıyev
(99. Vidadi Cəfərov, 46)
45. Elvin Əliyev
71. Bayraməli Qurbanov
Ehtiyat oyunçular:
35. Məhəmməd Qurbanov
91. Tural Mirsultanov
93. Fərid Momeni
63. Hidayət Süleymanlı
Məşqçi: Səbuhi Həsənov
“Qəbələ-2”
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
26. Tural Əjdərli
16. Munaçi Okvara
44. Salman Ələsgərov
30. Nicat Oruclu (k)
80. Aqil Nəsibov
66. Ülvü Mədətov
15. Çiçin Akande
25. Taleh Qarayev
(70. Nuğay Rəşidov, 70)
98. Fərid Kələntərov
(99. Emil Süleymanov, 25)
Ehtiyat oyunçular:
31. Kamil Nəzərli
96. Fərid Süleymanlı
50. Tamerlan Rizvanov
29. Fuad Əhmədov
71. Sənan Ağalarov
Baş məşqçi: Famil Xəlilov