«Qəbələ» 2 oyun keçirəcək
Xəbərlər / 7 İyul 2021 | 12:28256
«Qəbələ» 2 oyun keçirəcək

“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir. Yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komandamız Bakıya yollanacaq. “Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Komandamız “Zirə” ilə üz-üzə gələcək. Beş gün sonra Baxşıyevin yetirmələri “Səbail”lə qarşılaşacaq.