«Qəbələ-2» səfərdən bir xalla dönür
Xəbərlər / 30 Sentyabr 2023 | 17:371617
«Qəbələ-2» səfərdən bir xalla dönür

“Kəpəz-2” – “Qəbələ-2” – 1:1

30 sentyabr 2023. Saat 15:30. Gəncə  şəhər stadionu (ehtiyat meydança). 60 tamaşaçı

Baş hakim: Mahmud Bağırzadə

Baş hakimin köməkçiləri: Elman Kərimov, Samir Qaracayev

Dördüncü hakim: Nazim Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Ümid Səmədov, 29 (hakimin qərarına etiraz); Sənan Kərimov, 38 (qeyri-idman hərəkəti); Məhəmməd Məmmədov, 78 (qeyri-idman hərəkəti) // Fuad Əhmədov, 62 (hakimin qərarına etiraz); Rüfət Bədəlzadə, 89 (qeyri-idman hərəkəti)

Qollar: Ümid Səmədov, 90 +2 (p.) // Sənan Ağalarov, 14

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

 

Əvəzedicilər liqasında VIII tura start verilib. İlk oyun günü Gəncədə başlayıb.

“Qəbələ-2” “Kəpəz-2”nin qonağı olub. 

Çempionatın liderləri sırasında yer alan “qırmızı-qaralar” erkən qolla hesabı açıb. Yarışın bombardiri Sənan Ağalarov 14-cü dəqiqədə fərqlənib. O, mövsümdə 8-ci dəfə rəqib qapısına yol tapıb.

Komandamız üstünlüyünü görüşün sonunda əldən verib. Son dəqiqələrdə penaltidən fərqlənən meydan sahibləri hesaba tarazlıq gətirib – 1:1.

Bu heç-heçədən sonra “Qəbələ-2” xal hesabını 17-yə çatdırıb. 8 oyun keçirən Famil Xəlilovun yetirmələri turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

“Kəpəz-2”

 

18. Elgün Bayramov

6. Nemət Musayev

2. Nicat Verdiyev

(57. Amur Yusifov, 88)

44. Nihat Fərəci

17. Ümid Səmədov (k)

13. Fərid Kələntərov

(5. Toğrul Məmmədov, 46)

30. Sənan Kərimov

66. Arzu Atakişiyev

97. Məhəmməd Məmmədov

(16. Heydər Hüseynli, 88)

87. Sənan Əliyev

(51. Cəlil Allahverdiyev, 46)

77. Allahverdi Rəhimov

(27. Fariz Nəcəfov, 60)

 

Ehtiyat oyunçular:

 

68. Pərvin Zeynalov

79. İlkin İsgəndərli

 

Baş məşqçi: Xaliq Mərdanov

 

“Qəbələ-2”

 

94. Həbib Hüşənov

71. Sənan Ağalarov

(21. Bilal İsmayılov, 46)

66. Nuğay Rəşidov (k)

41. Fuad Əhmədov

25. İbrahim Ramazanov

(53. Elnur İbragimov, 46)

30. Şahin Şahniyarov

(22. Fərid İsgəndərov, 46)

77. Okan Təhməzli

(15. Rüfət Bədəlzadə, 46)

23. Xəyyam Məmmədli

90. Kənan Baxışov

44. Ravil Qafarov

27. Eşqin Əhmədov

(24. Xəyal Xudaverdiyev, 46)

 

Ehtiyat oyunçular:

 

16. Məmməd Muradov

 

Baş məşqçi: Famil Xəlilov