“Sumqayıt-2” – “Qəbələ-2” – 1:0
6 aprel 2026. Saat 14:00. “SOCAR Polimer Arena” (ehtiyat meydança). 20 tamaşaçı
Baş hakim: Maqsud Şamıyev
Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Elman Kərimov
Dördüncü hakim: Nahid Xasıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Rəvan Məşiyev, 29 (qeyri-idman hərəkəti); Nicat Məmmədzadə, 32 (qeyri-idman
hərəkəti); Məhəmməd Allahverdiyev, 77 (qeyri-idman hərəkəti) // Cuma Hüseynov, 45+2 (qeyriidman hərəkəti); Aqşin Yaqubov, 83 (qeyri-idman hərəkəti); İlkin Budaqov, 86 (qeyri-idman hərəkəti)
Qol: Nicat Məmmədzadə, 26
Qolla nəticələnməyən penaltilər: Rəvan Əsədov, 30; Fərid İsgəndərov, 33
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
“Qəbələ-2” növbəti oyununu keçirib.
Komandamız Əvəzedicilər liqasının XXII turunun matçına çıxıb. “Qırmızı-qaralar” “Sumqayıt-2”nin qonağı olub.
Matç Sumqayıtdakı “SOCAR Polimer Arena”nın ehtiyat meydançasında keçirilib. Görüşün taleyini bir qol həll edib.
İlk yarının ortalarında fərqlənən rəqib komanda üç xal əldə edib. 22 oyunda 43 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qəbələ-2” XXIII turda “Neftçi-2”ni qəbul edəcək. Aprelin 13-də Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək matç saat 15:00-da başlayacaq.
“Sumqayıt-2”
56. Aftandil Arixov
64. Kənan Feyziyev
66. Ruslan Əliyev (k)
27. Əjdər Hacılı
(49. Kamal Zülfiyev, 70)
68. Nicat Məmmədzadə
63. Arif İsrafilbəyov
53. Elvin Salıfov
(61. Ayxan Qaracayev, 70)
35. Rəvan Məşiyev
(84. Nüsrət Musayev, 81)
82. Elgün İsaqov
(67. Murad Rüstəmov, 81)
37. Nihad Orucəli
87. Nurlan Zeynallı
(34. Məhəmməd Allahverdiyev, 61)
Ehtiyat oyunçular:
12. Murad Ağamalıyev
46. İsmayıl Həsənli
Baş məşqçi: Vaqif Cavadov
“Qəbələ-2”
94. Həbib Hüşənov
22. Fərid İsgəndərov (k)
23. Rüfət Əhmədov
(19. Müseyib Bəşirov, 46)
70. Paulo Quimbila
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
(55. Aqşin Yaqubov, 32)
21. Ziya Şəkərxanov
91. Ceyhun Bağırzadə
88. Rəvan Əsədov
(71. Əli Məmmədov, 78)
20. Cuma Hüseynov
(41. İlkin Budaqov, 73)
80. Nasiru Salihu
Ehtiyat oyunçular:
98. Əli Novruzzadə
81. Murad Əbilov
Baş məşqçi: Famil Xəlilov