“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək. Elmar Baxşıyevin yetirmələri məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.