«Qəbələ» 2016-cı ilin İdman Klubu seçildi
Xəbərlər / 11 Mart 2017 | 00:01445
«Qəbələ» 2016-cı ilin İdman Klubu seçildi

“OlimpSport” jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2016-cı ilin ən yaxşıları mükafatlandırılıb. Azərbaycan Mətbuat Şurasının və “Olimpiya dünyası” qəzetinin dəstəyi ilə baş tutan tədbirdə “Qəbələ” İdman Klubu da mükafatlananlar sırasında yer alıb. Səsvermənin yekunlarına görə “Qəbələ” İlin İdman Klubu seçilib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “OlimpSport” jurnalının baş redaktoru Ramin Allahverdiyev çıxış ediblər. Ardınca qaliblərə mükafatlar təqdim edilib. İlin ən yaxşı klubu mükafatı “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə təqdim olunub.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən də 2016-cı ilin İdman klubu seçilib.