«Qəbələ» 3 xalı 3 qolla qazandı
Xəbərlər / 24 Dekabr 2020 | 18:17243
«Qəbələ» 3 xalı 3 qolla qazandı

“Səbail” – “Qəbələ” – 1:3

24 dekabr 2020. Saat 16:00. “ASCO Arena”, tamaşaçısız 

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cavanşir Yusifov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Urfan Abbasov, 4 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 36 (qeyri-idman hərəkəti) // Murad Musayev, 16 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 56 (hakimin qərarına etiraz)

Qollar: Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

 

“Qəbələ” 2020-ci ildə son oyununu keçirib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə qarşılaşıb. Komandamız ilə səfər matçı ilə yekun vurub. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 4 dəyişiklik edib. Tərlan Əhmədli, Asif Məmmədov, Murad Musayev və Ülvi İsgəndərov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Anar Nəzirov, Cavid Hüseynov, İdris İnqilablı və cəzalı Rövlan Muradovu əvəz edib.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Lakin ilk dəqiqələrdən “Qəbələ”nin hücumları daha yaddaqalan olub. Hər iki qapı önündə təhlükəli vəziyyətlərin yarandığı görüşdə hesab 20-ci dəqiqədə açılıb. Sol cinahdan qapıya vurulan zərbəni qolkiper dəf etsə də, özünü yetirən Ülvi İsgəndərov hesabı açıb. Mövsümdə ilk qolunu vuran futbolçu “Qəbələ”nin heyətində ümumilikdə 6-cı dəfə fərqlənib. Ardıcıl 7-ci görüşdə meydanı qolsuz tərk etməyən “qırmızı-qaralar” 7 dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Sol cinahdan qapı önünə göndərilən topu Asif Məmmədov tora qovuşdurub. Bu, təcrübəli yarımmüdafiəçinin komandamızın heyətində 15-ci qolu olub. Buraxılan qollardan sonra meydan sahibləri fəallığı artırsa da, müdafiədə etibarlı oynayan “Qəbələ” buna kəskin hücumlarla cavab verib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hesabda geri olan “Səbail” fasilədən sonra dərhal irəli atılıb. Bakılılar 53-cü dəqiqədə istəyinə çataraq Turan Manafovun qolu ilə fərqi minimuma endirib. Paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, “qırmızı-qaralar”ın kəskin hücumları daha təhlükəli alınıb. Komandamız bir neçə dəfə fərqi artırmaq üçün əlverişli imkan qazansa da, bundan yararlana bilməyib. Yalnız uzatma dəqiqələrində Ceyms Ademiyi şansı boşa verməyərək fərqi iki topa çatdırıb. Bu, nigeriyalının “Qəbələ”də 13-cü qolu olub. Ardıcıl üçüncü görüşdə xal qazanan “qırmızı-qaralar” xal hesabını 15-ə yüksəldərək 5-ci pilləyə yüksəlib.

 

“Səbail”

96. Nikolas Hagen

17. Elçin Rəhimli

5. Vüqar Bəybalayev

(29. Amil Yunanov, 87)

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

11. Rauf Əliyev

22. Əfran İsmayılov

(7. Mirsahib Abbasov, 84)

27. Hendrik Ekşteyn

16. Peyman Keşavarzi

9. Florian Kadriu

(20. Ruslan Hacıyev, 46)

3. Turan Manafov

 

Ehtiyat oyunçular:

 

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

28. Məqsəd İsayev

99. Bahadur Həziyev

77. Ədilxan Qarəhmədov

 

Məşqçi: Emin Ağayev

 

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(14. Cavid Hüseynov, 86)

28. Murad Musayev

70. Ülvi İsgəndərov

(74. Yusif Nəbiyev, 90)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

(99. Ceyms Adeniyi, 81)

71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

1. Anar Nəzirov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

 

Baş məşqçi: Elmar Baxşıyev