"Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.
Qapıçı Müşviq Nadirov, müdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb. Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
Komandamızın uğurunda əməyi olan futbolçulara təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayırıq.