“Qəbələ” 5 yoxlama oyunu keçirəcək
Xəbərlər / 13 İyul 2026 | 12:4749
“Qəbələ” 5 yoxlama oyunu keçirəcək

Komandamızın yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.

“Qəbələ” hazırlıq müddətində 5 matçda meydana çıxacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.

Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.