«Qəbələ» - «Alkmaar» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 18 Sentyabr 2021 | 11:58132
«Qəbələ» - «Alkmaar» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb. Çempionlar yolunda mübarizə aparacaq U-19 komandamızın Niderland “Alkmaar”ı ilə qarşılaşmasına Ukraynadan olan hakimlər təyinat alıb. 

Sentyabrın 29-da Qəbələ şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Viktor Kopilevski olacaq. Ona həmyerliləri Vitali Skobila və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, matç saat 17:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

İlk oyun, 29 sentyabr

17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland)

Baş hakim: Viktor Kopilevski

Baş hakimin köməkçiləri: Vitali Skobila, Vladimir Korotin (hamısı Ukrayna)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)

Qəbələ şəhər stadionu