«Qəbələ» Almaniya klubu ilə sülh bağladı
Xəbərlər / 16 Yanvar 2016 | 13:24148
«Qəbələ» Almaniya klubu ilə sülh bağladı

Yoxlama oyunu
16 yanvar
“Qəbələ” – “Osnabryuk” (Almaniya) – 1:1
Ermin Zets, 57 – David Pisot, 83
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Komandamız Almaniyanın “Osnabryuk” klubu ilə qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk III liqa təmsilçisi ilə qarşılaşmada aşağıdakı heyətə şans verib:
Andrey Popoviç, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Sergey Zenyov, Rəşad Sadiqov, Ermin Zets, Aleksey Antonov.
“Osnabryuk” isə qarşılaşmaya Marvin Şvabe, Kim Falkenberq, Aleksander Derço, David Pisot, Tobias Villers, Antoni Sinre, Kristian Qross, Massimo Omatelli, Maykl Honştedt, Menqa, Halil Savrandan ibarət “11-lik”lə başlayıb.
“Gloria” məşq meydançalarında baş tutan görüş komandamızın üstünlüyü şəraitində keçib. Lakin “qırmızı-qaralar” ilk yarıda rəqibin qapısına yol tapa bilməyib. Matçda ilk qol qarşılaşmanın 57-ci dəqiqəsinə təsadüf edib. “Qəbələ”nin Bosniya və Herseqovinadan olan hücumçusu Ermin Zets hesabı açıb – 1:0.
Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə edib. Komandamızda Vojislavı Bəhlul Mustafayev, Rafaeli Vitali Vernidub, Qayı Rikardinyo, Arifi Yusif Nəbiyev, Alekseyi Rəşad Eyyubov, Rəşad Sadiqovu Dodo, Vadimi Qismət Alıyev, Andreyi David Petrzkieviç, onu isə Dmitri Bezotosnı, Ermini Samir Zərgərov, Sergeyi Asif Məmmədov, Məhəmmədi isə baxışda olan Pavel Paşayev əvəzləyib.  Karyerası ərzində Ukraynanın “Dnepr”, “Krivbass”, “Karpatı” , “Metallurq” (Zaporojye) klublarında çıxış edən müdafiəçi 2015-ci ildən Azərbaycan milli komandasının futbolçusudur. O, yığmamızın noyabrın 17-də Moldova ilə yoxlama oyununda komandada debüt edib.Görüşün 83-cü dəqiqəsində matçdakı 2-ci qol vurulub. Almaniya təmsilçisi hesabı bərabərləşdirib – 1:1. “Osnabryuk”un heyətində Pisot fərqlənib. Bundan sonra qarşılıqlı hücumlarla keçən görüşdə hesab dəyişməyib.
Beləliklə, 2016-cı ildə ilk matçını keçirən “Qəbələ” “Osnabryuk”la sülh bağlayıb – 1:1.