«Qəbələ» «altılıq»da ilk yenilgini 90+3-də aldı
Xəbərlər / 1 Aprel 2012 | 13:33463
«Qəbələ» «altılıq»da ilk yenilgini 90+3-də aldı

1 aprel. Saat 15.00. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 350 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rza Məmmədov
Dördüncu hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Qurban Məmmədov
Sarı vərəqələr: Maris Verpakovski, 67 (kobud oyun); Novruz Məmmədov, 68 (rəqibi tutduğuna görə) // Mahir Şükürov, 22 (kobud oyun); Nodar Məmmədov, 77 (kobud oyun)
Qollar: Uinston Parks, 57; Aleksandar Şoliç, 90+3 // Yannik Kamanan, 16
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.



Komandamız indiyədək “Bakı” səfərindən 3 xalla dönə bilməmişdi. İlk “altılıq”da “Qarabağ” kimi yenilgisiz oyunlar seriyasını davam etdirən Fatih Kavlakın yetirmələrinin bu dəfə ilkə imza atacağına inam böyük idi.

İlk yarıda topla daha çox hərəkət edən tərəf “Qəbələ” idi. Epizodlardan birində Yannik Kamananın zərbəsini Marko Şarliya dəf etsə də, 16-cı dəqiqədə hesab açıldı. Kapitanımız Mahir Şükürovun gözəl asmasından sonra top qapı tirinə tuş gəldi. Qayıdan topu isə Kamanan gözəl baş zərbəsilə tora sancdı. Bu, fransız hücumçunun premyer-liqada vurduğu 7-ci qol kimi tarixə düşdü. İlk hissədə qonaqların yaxşı imkanları olsa da, bunları real vəziyyətlərə çevirmək mümkün olmadı. “Zolaqlılar” isə fasiləyə kimi iki dəfə Rəhman Hacıyevin qüvvətli, ancaq qeyri-dəqiq zərbələri ilə yadda qaldı.

İkinci yarıya meydan sahibləri özünəinamla başladı. Fasilədən təxminən 10 dəqiqə sonra Uinston Parks “qayçı” zərbəsi ilə tarazlığı bərpa etdi. “Qəbələ” Deon Bartonla fərqlənməyə yaxın olsa da, yamaykalı futbolçumuz şansını əldən buraxdı. Rauf Cabbarovun görüşə əlavə etdiyi son dəqiqədə isə “zolaqlılar” qələbə topunu qapımızdan keçirdi. İkinci yarıda meydana daxil olmuş Aleksandar Şoliç Pavel Doroşevdən qayıdan topa toxunmaqda çətinlik çəkmədi. Beləliklə, “Qəbələ” noyabrın 26-da olduğu kimi rəqibinə eyni hesabla yenildi – 1:2.

Reaksiyalar:
Fatih Kavlak: “Oyuna əla başladıq, qol vurduq. Lakin daha sonra buraxdığımız səhvlər ucbatından məğlub olduq. Avrokuboklara düşmək üçün var gücümüzlə çalışacağıq. Mükafatçılar sırasına düşmək şansımızı saxlayırıq”.

Novruz Əzimov: “Bu gün bəxt də tərəfimizdə oldu. Lakin, bu, o demək deyil ki, qələbəyə layiq deyildik. Mövsümü 5-ci pillədən daha yuxarıda başa vurmaq istəyirik. Bunun üçün də hər növbəti görüşdə qələbə qazanmağa çalışacağıq. Fatih Kavlakın təəssüfünü bölüşürəm, son saniyələrdə məğlub olmaq həmişə çətindir”.


Bakı

1. Marko Şarliya (k)
3. Denis İvanov
6. İbrahim Karqbo
8. Junior Xavyer Vilson
11. Elvin Məmmədov
(77. Aleksandar Şoliç, 55)
21. Novruz Məmmədov
24. Nenad Kovaçeviç
25. Şəhriyar Əliyev
30. Maris Verpakovski
36. Uinston Parks
(10. Lukas Mario Horvat, 85)
99. Rəhman Hacıyev
(19. Nurlan Novruzov, 79)

Ehtiyat oyunçular:

16. Aqil Məmmədov
2. Duye Bakoviç
20. Elşad Manafov
22. Tural Qürbətov

Məşqçi: Novruz Əzimov

Qəbələ

12. Pavel Doroşev
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
10. Deon Barton
(15. Nodar Məmmədov, 72)
11. Yannik Kamanan
(22. Murad Hüseynov, 84)
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
34. Ürfan Abbasov
77. Luiz Paulo Hilario

Ehtiyat oyunçular:

30. Qrem Smit
7. Yaşar Abuzərov
17. Arif İsayev
25. Nuran Qurbanov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak