“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Noyabrın 24-də Belçikanın “Anderlext” klubu ilə baş tutacaq ev qarşılaşmasını ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Tevgeni Aranovski olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək.
Xatırladaq ki, “Qəbələ” – “Anderlext” matçı Bakıda “Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, V tur
24 noyabr
20:00. “Qəbələ” – “Anderlext” (Belçika)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Sergey Bekker (hər ikisi Ukrayna)
Əlavə köməkçi hakimlər: Anatoli Abdulla, Anatoli Jabçenko (hər ikisi Ukrayna)
Dördüncü hakim: Semyon Şlyonçak (Ukrayna)
Hakim-inspektor: İqor Şatski (Moldova)
UEFA nümayəndəsi: Maksimas Bexterevas (Litva)
Bakı. “Bakcell Arena” stadionu